Məcburi köçkünlərin yeni evlərə köçürülməsi zamanı dələduzluq edənlər cəzalanacaq
Tarix: 29.01.2014 | Saat: 22:04:00 | E-mail | Çapa göndər


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qaçqın və məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi prosesi zamanı baş vermiş bəzi dələduzluq halları ilə bağlı məlumat yayıb. Dövlət Komitəsinin mətbuat xidməti bildirir ki, qaçqın və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim Azərbaycan Prezidentinin diqqət mərkəzində olmuşdur və bu sahədə iş uğurla davam edir.
Belə ki, 2001-2013-cü illər ərzində 180 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb və bu proses xüsusi yaradılmış komissiyanın, həmçinin məcburi köçkünlərin özlərinin iştirakı ilə yüksək şəffaflıq şəraitində həyata keçirilib.
Məlumatda daha sonra deyilir: “Təəssüflə qeyd edilməlidir ki, köçürülmə prosesi zamanı bəzi dələduzluq halları barədə komitəyə şifahi məlumatlar daxil olub. Komitə və hüquq mühafizə orqanları tərəfindən qurumla heç bir əlaqəsi olmayan həmin şəxslər müəyyənləşdirilib və onların barəsində ciddi tədbirlər görülüb. Qeyri-rəsmi məlumata görə, hazırda Bakı və Gəncə şəhərlərində bu cür dələduzluq hallarına cəhd olunur. Dövlət Komitəsi bildirir ki, köçürülmə prosesi əvvəllər olduğu kimi, yenə şəffaf şəkildə həyata keçirilir və bütün mənfi halların qarşısı qətiyyətlə alınacaq. Məcburi köçkünlərə ciddi xəbərdarlıq edilir ki, dələduzluq hallarının iştirakçısı olan və ona qoşulan hər kəs cinayət məsuliyyətinə cəlb olunacaq. Komitə bütün məcburi köçkünlərə müraciət edir ki, belə hallarla rastlaşdıqda dərhal bu barədə quruma məlumat versinlər”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info