Nəqliyyat naziri Şabranda vətəndaşları qəbul edib
Tarix: 29.01.2014 | Saat: 22:14:00 | E-mail | Çapa göndər


Prezidentin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər.
Nəqliyyat naziri Ziya Məmmədov Şabran şəhərində Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edib. Nəqliyyat Nazirliyinin struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda bu regionda yaşayan 100-ə yaxın vətəndaşın nəqliyyat məsələləri ilə bağlı müraciətlərinə baxılıb. Görüşdə vətəndaşların müraciətlərinin əsas hissəsi nəqliyyat infrastrukturunda çalışan mütəxəssislərin sosial problemlərinin həlli, bu sahədə ixtisaslı mütəxəssislərin işlə təmin edilmələri, kənd yollarının abadlaşdırılması, şəhərətrafı yollarda müvafiq infrastrukturun yaxşılaşdırılması ilə bağlı olub. Vətəndaşların müraciətlərinin bəziləri yerindəcə həll edilib, digər məsələlərlə bağlı nazirliyin əlaqədar struktur rəhbərlərinə tapşırıqlar verilib. Nəqliyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Nazir Ziya Məmmədov respublikamızda yol tikintisi istiqamətində olduqca böyük layihələrin gerçəkləşdiyini bildirib, eyni zamanda, kənd yollarının abadlaşdırılmasının da ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info