Aykazn Qaqriyan: “Ermənistan Rusiya üçün həmişə “ayaqaltı” yer olub”
Tarix: 29.01.2014 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


“Müstəqil Ermənistan həmişə Moskvada istehza doğurur, Kreml heç vaxt Ermənistana hörmətlə yanaşmır”
Ermənistan mətbuatında dərc edilən məlumatlardan sonra məlum olub ki, bu ölkədə “Qriboedov” klubu fəaliyyət göstərir. Klubun sahibi Rusiyanın əsas təbliğatçısı və Putinin ruporu olan Dmitri Kiselyovdur. Xatırladaq ki, Kiselyov Putinin əmri ilə yaradılmış “Rusiya bu gün” holdinqinin direktoru təyin edilib. Klub üzvləri ayda bir dəfə toplanaraq hansısa məsələləri müzakirə edir.
Bu məsələni şərh edən “Lragir” saytının baş redaktoru Aykazn Qaqriyan hesab edir ki, müzakirə mövzuları arasında erməni-rus münasibətləri və Avrasiya İttifaqı əsas yeri tutur. Kiselyov ermənilərə vəziyyətin “ciddi” olduğunu anlatmağa çalışır: “Rusiya cəmiyyəti, siyasətçiləri hesab edirlər ki, ermənilər və Ermənistan erməni dövlətinin yaranmasına görə Rusiyaya borcludurlar. Müstəqil Ermənistan həmişə Moskvada istehza doğurur, Kreml heç vaxt Ermənistana hörmətlə yanaşmır. Ermənistan Rusiya üçün həmişə “ayaqaltı” yer olub. Ermənistanın özünü dövlət kimi aparmaq istəməsi həmişə Kreml tərəfindən ciddi təzyiqlə qarşılaşır. Həmin siyasət bu gün də davam etdirilir və bu siyasət ötən ilin dekabr ayında imzalanan müqavilə ilə leqallaşdırıldı. Putin bəyan etdi ki, Rusiya Qafqazı tərk etmək fikrində deyil. Bunun üçün isə Ermənistanın koloniyalaşması və beynəlxalq təcrid vəziyyətində olması davam etməlidir. Bu siyasət Rusiyadakı erməni diasporu və İrəvandakı siyasi-iqtisadi sistem vasitəsilə həyata keçirilir. Amma təbliğati - ideoloji mərkəz Moskva olaraq qalır, Ermənistan KİV-i, siyasi partiyaları, ekspertləri tərəfindən tirajlanan, təbliğ edilən əsas tezislər də orada hazırlanır. Dmitrii Kiselyov həmin siyasətin əsas bələdçisidir. Onun Rusiya telekanallarındakı proqramları informasiya-analitik səpkili deyil, ermənilərə, ukraynalılara, amerikalılara, avropalılara ağıl verən təbliğat xarakterlidir”.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info