Obama Quantanamo həbsxanasını bağlamaq niyyətindədir
Tarix: 29.01.2014 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


Prezident Barak Obama bu il Quantanamo məhbuslarının transfer məhdudiyyətlərini aradan qaldırmaq niyyətindədir. Onun sözlərinə görə, bu həbsxana bağlanması üçün yol açacaq: “Əgər konqres məhbusların transferi üçün qalan məhdudiyyətləri aradan qaldırarsa, biz Quantanamo həbsxanasının bağlanmasına yaxın olarıq. Biz terrorizmlə mübarizə aparırıq. Buna nail olmaq üçün təkcə kəşfiyyat və hərbi əməliyyatların köməyi ilə deyil, həm də dünya üçün bir nümunə sayılacaq Konstitusiya ideallarına sadiqliyimizi nümayiş etdirməliyik”.
Vacib məsələ kimi qeyd edək ki, Quantanamo məhbəsinin bağlanmasının əleyhinə konqresdə çoxluq təşkil edən respublikaçılar dirəniş göstərirlər. Bununla belə, məhbəsin bağlanmasını Rusiya da təkid edir. Bu yaxınlarda Quantanamodakı məhbusların həyatı ilə tanış olan Rusiya Xarici İşlər Nazirliyinin insan hüquqları məsələləri üzrə komissarı Konstantin Dolqov məhbəsinin qapadılmasını tələb edib. Quantanamonu “ABŞ tarixində biabırçı bir səhifə” kimi xarakterizə edən Dolqov deyir: “Hər şeyi öz adı ilə çağırmaq lazımdır. İllərlə burada ədalət prinsipləri ən kobud şəkildə pozulub. İnsan azadlıqları və hüquqların heçə endirilib”.
Qeyd edək ki, “WikiLeaks” bu yaxınlarda məhbəs haqqında gizli dosyelər əldə edib. İşgəncə altında məhbəs həyatı keçirib hazırda transfer edilmiş şəxslərin dediklərinə əsaslanan dosyelərdə göstərilir ki, Quantanamodakı məhbusların yarıdan çoxu cəmiyyət üçün təhlükə törətmək iqtidarında olmayan insanlardır: onların bəziləri “Taliban” hərəkatının sıravi yaraqlıları, bəziləri isə adi səhv nəticəsində həbs eilmiş təsadüfi adamlardır.
Göstərilən nöqsanlara cavab olaraq “Ağ ev”, Quantanamokı hərbi rəhbərlik ilə görüşüb məhbuslara layiqli həyat şəraiti yaratmaq üçün hər şey edəcəklərini bəyan edib. Bu məqsədlə məhbəsə yarım milyard dollar sərmayə ayrılıb ki, bu də ərazidə qolf və futbol meydançaları, restoranlar, qəlyanaltılar tikilməsinə, məhbusların həyat şəraitlərinin yaxşılaşdırılmasına yönəldiləcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info