“Qərbi Çıraq” platformasında ilk neft hasil olunub
Tarix: 29.01.2014 | Saat: 23:05:00 | E-mail | Çapa göndər


“Azəri-Çıraqlı-Günəşli” yataqlar blokunun bir hissəsi olan “Qərbi Çıraq” platformasında ilk neft hasil olunub. Bu münasibətlə bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell mətbuat konfransı keçirib.
Q.Birrel bildirib ki, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) operatoru olan bp şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində “Qərbi Çıraq” platformasından neft hasilatına başlayıb. “Qərbi Çıraq” platformasından hasilatın başlanması ilə 2010-cu ildə sanksiya verilmiş “Çıraq Neft Layihəsi” (ÇNL) başa çatıb. “Qərbi Çıraq”dan hasilat öncəqazma quyularının birindən başlayıb. Neft əvvəlcə platformada quraşdırılmış texnoloji qurğulardan keçəcək, sonra isə yeni yataqdaxili boru kəməri vasitəsilə mövcud sualtı ixrac boru kəməri ilə Səngəçal terminalına ixrac ediləcək. Hasilat 2014-cü il ərzində digər öncəqazma quyuları işə düşdükcə artacaq. Q.Birrel məlumat verib ki, “Qərbi Çırağ”ın hasilata başlaması nəhəng “AÇG” yataqlar blokunun işlənməsində əlamətdar hadisədir: “Qərbi Çıraq” bizim Xəzər dənizində təhlükəsiz və səmərəli şəkildə inşa və istismar etdiyimiz səkkizinci dünya səviyyəli dəniz platformasıdır. Bu vaxtadək “AÇG” blokundan 2,3 milyard bareldən artıq neft hasil edilib. Hasilata başlamış bu yeni platforma ilə bərabər, yeni texnologiyalara və qurğulara gələcəkdə də davamlı investisiyaların qoyulması ilə “AÇG” hələ uzun onilliklər boyunca dünya səviyyəli yataq kimi öz hasilatını davam etdirəcək”. Qeyd edək ki, “Qərbi Çıraq” platforması dənizin 170 metr dərinliyində, mövcud “Çıraq” və “Dərinsulu Günəşli” platformaları arasında quraşdırılıb. Yeni platformanın layihə gücü gündəlik 183 min barel neft təşkil edir. Platforma, həmçinin gündəlik 285 milyon standart kub qaz ixrac etmək gücündədir. “Qərbi Çıraq” platformasının tikintisi Azərbaycanın dünya səviyyəli tikinti-quraşdırma sahələrinin tarixində ilk dəfə olaraq yerli ehtiyatlardan istifadə etməklə tamamilə ölkə daxilində həyata keçirilib.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Külək və günəş stansiyaları üçün ərazilər müəyyənləşdirilib
16.01.2019
Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
16.01.2019
Bakıda “Üçbucaq ölkələr” sərgisi keçiriləcək
16.01.2019
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
16.01.2019
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info