Gəncə Avtomobil Zavodu xarici bazara çıxır
Tarix: 29.01.2014 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Gəncə Avtomobil Zavodu və Almaniyanın "Kirchhoff group"u arasında Azərbaycan müəssisəsində yığılan texnikanın üçüncü ölkələrə tədarükünə dair razılıq əldə olunub.
Bu barədə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib. Onun sözlərinə görə, razılaşma "Kirchhoff group"un baş icraçı direktoru Yohannes Kirhoffun və "FAUN Expotec GmbH" şirkətinin idarəedici direktoru Tim Kolletin Azərbaycana səfərinin yekunları üzrə əldə olunub. Almaniya şirkətlərinin rəhbərliyi Gəncə Avtomobil Zavodunun işi və müəssisənin inkişaf perspektivləri ilə tanış olublar. X.Fətiyev qeyd edib ki, bu məqsədlə xüsusi qrup yaradılıb. Həmçinin "MAZ" avtomobilləri bazasında yığılan "Haller"in kommunal və xüsusi texnikasının region ölkələrinə ixracının təşkili nəzərdə tutulur. 2014-cü ildə şirkət Gəncə Şəhər İcra Hakimiyyəti ilə imzalanmış müqavilə çərçivəsində 50 avtomobil tədarük etmək niyyətindədir.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info