Kanadada “Azərbaycan: dünən və bu gün” adlı konfrans keçirilib
Tarix: 30.01.2014 | Saat: 14:19:00 | E-mail | Çapa göndər


“Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 noyabr tarixli Sərəncamına uyğun olaraq, Karlton Universitetində “Azərbaycan: dünən və bu gün” adlı konfrans keçirilib.
Azərbaycanın Kanadadakı səfirliyindən bildiriblər ki, Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun direktoru Cef Sahadeonun sədrliyi ilə keçən konfransda çıxış edən səfir Fərid Şəfiyev ölkələrimiz arasında əlaqələrin inkişafında elmi araşdırmalar və tələbə mübadiləsinin vacibliyinə diqqət çəkib.
Sonra, Əlimərdan bəy Topçubaşovun yubileyi ilə bağlı səfirlik tərəfindən təşkil edilən inşa yazı yarışmasının qalibinə mükafat təqdim edilib.
Konfransda Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Rəşad İbadov “Azərbaycan Xalq Cümhuriyyəti və Məhəmməd Əmin Rəsulzadə”, Kanada Parlamentinin üzvü, Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Barri Devolin “İkitərəfli diplomatiyada parlamentarilərin rolu”, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təmsilçisi Heydər Mirzə “Cənubi Qafqaz regionunda cari geosiyasi durum və Azərbaycanın xarici siyasəti” mövzusunda təqdimatla çıxış ediblər.
Bundan başqa, tədbirdə isveçrəli jurnalist Andre Vidmerin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş “Unudulmuş münaqişə” adlı kitabının təqdimatı keçirilib. A.Vidmer çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, hazırkı durum və aparılan danışıqlar barədə ətraflı məlumat verib.
Sonda Karlton Universitetinin müəllim və tələbələrini maraqlandıran suallara aydınlıq gətirilib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info