“Sağlam Düşüncə”nin daha bir beynəlxalq layihəsi
Tarix: 30.01.2014 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


"Sağlam Düşüncə" Gənclər Təşkilatı “Gənclər Münaqişələrin aradan qaldırılması və sülh quruculuğunda" (“Youth in Conflict Prevention and Peace Building”) adlı daha bir beynəlxalq layihə həyata keçirib. Avropa Birliyinin "Gənclər Fəaliyyətdə" proqramı çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənən layihədə Azərbaycan da daxil olmaqla 11 ölkədən – Çexiya, Moldova, Belarusiya, Gürcüstan, Ukrayna, Almaniya, Yunanıstan, Rumınya, Xorvatiya və Türkiyədən 33 gənc Bakı şəhərində keçirilən təlimdə iştirak edib.
Layihənin ilk günündə avropalı gənclərlə görüşən Sumqayıt şəhər Gənclər İdman Baş İdarəsinin rəhbəri Musa Həsənov layihənin sülh quruculuğuna verəcəyi töhfələrin olduğunu dilə gətirib. M.Həsənov həmçinin gənclərin marağını nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında davam edən konflikt haqqında da onlara bilgilər verib.
Layihənin 4-cü günü Sumqayıt şəhərində Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdləri ilə görüşən gənclər onlarla sülh quruculuğu mövzusunda fikir mübadiləsi aparıblar.
Yeddi günlük təlimdə iştirakçılar sülh quruculuğunun prinsipləri, sülh quruculuğunda gənclərin rolu məsələlərini müzakirə ediblər.
Təlimlər Çexiya və Azərbaycandan olan beynəlxalq təlimçilər Pərvanə Məmmədova və Klarka Bazantova tərəfindən aparılıb. "Sağlam Düşüncə" Gənclər Təşkilatının həyata keçirdiyi bu layihənin əsas məqsədi sülh quruculuğu mövzusunu gənclərlə müzakirə edərək, onların dünyaya verəcəyi töhfələri aydınlaşdırmaqdır.
Təlim müddətində iştirakçılar Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrin mədəniyyətləri ilə tanış olub, Azərbaycanın maddi-mədəniyyət abidələrinə aid olan Yanardağ, Atəşgah abidə kompleksi, Şirvanşahlar sarayına səfər ediblər.
Layihə Avropa Komissiyasının Şərq tərəfdaşlığı ölkələri üçün elan etdiyi "Şərq tərəfdaşlığı Gənclər Pəncərəsi" (“Eastern Partnership Youth Window”) proqramı çərçivəsində həyata keçirilib.
Nigar





 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info