BMT-də BAMF-a yüksək status verildi
Tarix: 30.01.2014 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Umud Rəhimoğlu: “Bu, təkcə mənim, BAMF-ın deyil, ölkəmizdəki vətəndaş cəmiyyətinin, bütövlükdə Azərbaycanın uğurudur”
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT bölməsinin ən yüksək statuslu üzvü olub. Bu barədə bizə BMT-nin Nyu-Yorkdakı Baş ofisində yanvarın 19-dan keçirilən QHT Komitəsinin toplantısına qatılan BAMF sədri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, toplantıdakı sessiyalar qeyri hökumət təşkilatlarının ECOSOC-da məşvərətçi statusla qeydiyyatı, QHT-lərin təxirə salınmış müraciətlərinə yenidən baxılması, dörd illik hesabatların təsdiq olunması, ən yüksək statuslu QHT-lərin müraciətlərinin müzakirəsi və sair məsələləri əhatə edib. U.Rəhimoğlu ilə yanaşı tədbirdə BAMF-ın departament rəhbəri Ramil Əziz də yaxından iştirak edib.
“Biz 19-30 Yanvar tarixlərində BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT Komitəsinin sessiyalarına qatıldıq. İclaslar 19 dövlətin BMT-dəki daimi nümayəndəliklərindən ibarət QHT Komitəsinin rəylərinin və tövsiyələrinin müzakirəsi ilə davam etdirildi. BMT-nin İqtisadi-Sosial Şurası ilk dəfə BMT Nizamnaməsinin 71-ci bəndinə əsasən 1945-ci ildə 41 QHT-nin xüsusi məşvərətçi statusla quruma üzvlüyə qəbul edilməsi ilə qeyri-hökumət təşkilatlarına müxtəlif məsələlər ətrafında müzakirələrə və məsləhətləşmələrə qoşulmaq hüququ tanınmışdır. Artıq, 1992-ci ildə 700-dən yuxarı qeyri-hökumət təşkilatı bu mötəbər quruma üzv olub. Bu gün dünya üzrə 3400 təşkilat ECOSOC-un məşvərətçi statuslu üzvüdür. Bunlardan 147 təşkilat ən yüksək məşvərətçi statusla, 2778 təşkilat xüsusi məşvərətçi statusla, 986 təşkilat isə ilkin statuslu üzvlərdir. Məşvərətçi status, bu status üçün mümkün tələblər, hüquq və vəzifələr, statusun geri alınması, statusla bağlı məsələlərin BMT katibliyi tərəfindən dəstəklənməsi, ECOSOC-un ölkə nümayəndələrindən ibarət QHT komitəsinin işi kimi məsələlər ECOSOC-un 1996/31 qətnaməsi ilə tənzimlənir. ECOSOC-un məşvərətçi statusu 4 ildən bir seçilən, BMT-nin Təhlükəsizlik Şurasının 3 daimi üzvünün - ABŞ, Çin, Rusiyada təmsil olunan 19 dövlət nümayəndəsindən ibarət QHT komitəsinin zəmanət və tövsiyəsi əsasında verilir. Çin, Sudan, İsrail, Mərakeş və nümayəndələri söz alıb BAMF-ın yüksək statuslu üzvlüyünü dəstəklədiklərini və bu təşkilatın çox vacib işlər gördüyünü bildirdilər. Təxminən 441 təşkilatın məsələsinə baxılan bu 10 günlük iclasda, yeganə hal idi ki, ölkələr təşkilatı belə dəstəkləyirdilər. Yüksək statusa isə dünya üzrə yalnız iki təşkilat layiq görüldü. Bunun biri İdarəetmə və Əhali Proqramları üzrə Beynəlxalq Şura, digəri isə BAMF oldu”,- deyə U.Rəhimoğlu bildirib.

O, qeyd edib ki, BAMF 2007-ci ildən ECOSOC-un xüsusi məşvərətçi statuslu üzvüdür. ECOSOC QHT bölməsinə üzv olduqdan sonra BAMF fəaliyyətini daha da genişləndirmiş, iqtisadi-sosial inkişaf məsələlərinə, davamlı inkişafa, Minilliyin İnkişaf Hədəflərinə nail olunmasına dəstək olub. BAMF-ın sədrinin sözlərinə görə, ən yüksək status BAMF-a dünyanın hər hansı bir regionunda və eləcə də şərqi Avropa və Asiya regionunda BMT agentliklərinin prioritet hesab etdikləri sahələrin, davamlı inkişaf məsələlərinin təbliğ və inkişaf etdirilməsi üçün imkanlar yaradacağını və bunun Azərbaycan üçün də çox faydalı olacağını bildirib:
“BAMF, ECOSOC-un əsas prioritetlərini Azərbaycanla yanaşı postsovet məkanında da davam etdirməklə davamlı inkişaf istiqamətində platformanın inkişaf etdirilməsi niyyətindədir. Ən yüksək status Azərbaycanla, eləcə də ölkəmizin maraq dairəsində olan məsələlərlə bağlı BMT-də müzakirələr zamanı vətəndaş cəmiyyəti təşkilatı olaraq həmin məsələlərə münasibət bildirmək, müvafiq səviyyədə işlər aparmaq, dövlətimizin maraqlarının beynəlxalq arenada güclənməsinə dəstək olmaq üçün geniş imkanlar açır. Digər tərəfdən, əldə olunan bu status Azərbaycanın daha bir mötəbər kürsüdə söz demək imkanları baxımından da olduqca əhəmiyyətlidir. Əlbəttə ki, bu statusun əldə edilməsini bütövlükdə Azərbaycanda inkişaf etməkdə olan vətəndaş cəmiyyətinin, o cümlədən Azərbaycanın uğuru da hesab etmək olar. Statusun əldə olunması üçün 2012-ci ildən BAMF ECOSOC-un QHT bölməsinə ərizə ilə müraciət edib. 2013-cü il iyul ayında 18 ölkənin lehinə, bir ölkəninsə əleyhinə olması səbəbindən statusun alınması məsələsi təxirə salınıb. Artıq, əleyhinə olan ölkə nümayəndəsinin suallarının cavablandırılması və gərgin müzakirələrdən sonra BAMF BMT-nin qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulan ən yüksək statusuna layiq görülüb. Sözsüz ki, statusun əldə olunmasında BAMF-ın BMT agentlikləri, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Sülh Bürosu, Amerika Dövlət Departamenti və digər tərəfdaş təşkilatlarla aparılan davamlı əməkdaşlığının müstəsna xidmətləri olub. Prosesdə, ümumiyyətlə Azərbaycanın BMT-dəki missiyası bu işlərə yaxından dəstək verdi. Missiya rəhbərinin müavini cənab Tofiq Musayev sessiya zamanı BAMF-ı tək buraxmadı. Bu da vətəndaş cəmiyyəti və dövlət strukturunun qələbəyə aparan fəaliyyətinin gözəl bir nümunəsidir.”
Umud Rəhimoğlu və Ramil Əziz səsvermədə iştirak edən, səsvermə zamanı BAMF-a çıxış edərək dəstəkləyən nümayəndələrə təşəkkür edərək BMT-dəki Azərbaycan missiyasının daimi nümayəndəliyinə yollanıb.
Qeyd edək ki, dünyada 148 təşkilatın olduğu bu siyahıda Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası, Beynəlxalq Rotari, BMT assosiasiyaları üzrə Dünya Federasiyası, BMT-yə dəstək Fondu, Dünya Müsəlmanları Liqası, Beynəlxalq Dünya Baxış, Uşaqların Xilası Beynəlxalq Təşkilatı, Oxfam, Beynəlxalq Ticarət Palatası, Sosialist İnternasionalı, Dünya Veteranları Federasiyası, Əhali və İnkişaf naminə Parlamentarilərin Asiya Forumu və digər nüfuzlu təşkilatlar yer alıb.
Xatırladaq ki, Ermənistanın QHT-ləri dəfələrlə ECOSOC-un QHT bölməsinin hələ məşvərətçi statusunu almaq üçün çalışsalar da, buna nail ola bilməyiblər.






 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır
20.11.2018
Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var
20.11.2018
Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info