Bakıdakı mehmanxanalarda xarici ekspertlər təlim keçəcək
Tarix: 30.01.2014 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Mədəniyyət və Turizm Nazirliyi yanında Bakı Turizm Peşə Məktəbinin institusional potensialının və texniki imkanlarının artırılması məqsədilə 13 noyabr 2012-ci il tarixində Mədəniyyət və Turizm Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi” adlı iki illik layihənin birgə həyata keçirilməsinə dair müqavilə imzalanıb. Layihənin əsas məqsədi turizm sektoru üçün peşəkar kadrların hazırlanması üçün Bakı Turizm Peşə Məktəbinin potensialının gücləndirilməsi və məktəb məzunlarının xidmət sahəsində peşəkarlığının artırılması ilə ölkədə turizm sənayesinin rəqabətə davamlılığının yüksəldilməsidir. Layihənin icrası nəticəsində Bakı Turizm Peşə Məktəbinin idarəetmə sistemi gücləndiriləcək, onun tədris və təlim planları təkmilləşdiriləcək. Adıçəkilən layihə turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi, turizm sektoru üçün ixtisaslı kadrların hazırlanması, yerli xidmət sahəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və bu sahədə mövcud olan digər məsələlərin həllinə xidmət edəcək. Layihə çərçivəsində yerli və xarici ekspertlər tərəfindən Bakı Turizm Peşə Məktəbinin tələbələri üçün ixtisas üzrə müvafiq təlim kursları, həmçinin etika, estetika, psixologiya, konfliktlilik və ingilis dili tədris olunur. Təlimlərdən yüksək nəticə əldə etmək məqsədilə praktiki dərslər müvafiq avadanlıqla təchiz olunmuş otaqlarda keçirilir. Həmçinin Bakı Turizm Peşə Məktəbinin müəllim heyəti üçün ixtisasartırma, Bakıda fəaliyyət göstərən mehmanxana və iaşə xidməti obyektlərinin nümayəndələri üçün xidmət sahəsində təlimlərin keçirilməsi nəzərdə tutulur. Təlimlərə Türkiyə və Ukraynadan turizm xidməti sahəsində peşəkar ekspertlər dəvət olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info