Parlaq Gələcək təşkilatı Lənkəranda təlim keçirdi
Tarix: 30.01.2014 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Parlaq Gələcək Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 3-cü qrant müsabiqəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan region gənclərinin ictimai fəallığının artırılması “Özünə dəstək qrupları gənclərin ictimai fəallığı kimi” layihəsinin növbəti təlimini Lənkəranda keçirib. Təşkilat rəhbəri Aqil Mehdinin bildirdiyinə görə, təlimçilər Cavid İmamoğlu və Tofiq Sadıqov psixoloji və hüquqi konsultasiya verərək, sosiallaşmağa xidmət edəcək biliklər və bacarıqlardan danışıblar.
Təlimçilər Lənkəranda xüsusi qayğıya ehtiyaclı gənclər arasında şəbəkənin qurulması ilə ünsiyyət körpüsünün yaradılması və onlar arasında əməkdaşlığın formalaşdırılmasından bəhs ediblər. O cümlədən iştirakçılara məlumat kitabçaları, kiçik broşur və bukletlər paylanıb.
Layihənin icrası zamanı fəal gənclərin təhsil aldıqları tədris müəssisələrində, müəssisələrdən kənar icmalarda görüşlər keçirilməsi də nəzərdə tutulub.
Layihədən faydalanan gənclərin daha çox bilik və bacarıq əldə etməsi üçün təlim proqramı müasir interaktiv metodologiyalar vasitəsi ilə keçirilir.
Nəzərdə tutlan özünə dəstək qruplarının yaradılması xüsusi qayğıya ehtiyacı olan region gənclərinin müxtəlif sahələrdə (dövlət, özəl və ictimai sektor) ictimai aktivliyinin artırılmasına imkan yaradacaq.
Günəş





 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info