Korrupsiyaya qarşı Mübarizə İdarəsində beynəlxalq tədbir
Tarix: 30.01.2014 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində TAİEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) proqramının dəstəyi ilə “Hüquqi şəxslərin cinayət məsuliyyəti” mövzusunda tədbir keçirilib.
Belçika Krallığının birinci instansiya məhkəməsinin, Böyük Britaniya Kral Prokurorluğunun Şotlandiya üzrə ağır və mütəşəkkil cinayətkarlıqla mübarizə ofisinin hakim və prokurorlarının qatıldıqları tədbirdə korrupsiya və rüşvətxorluq cinayətlərinin transmilli aspektləri həmin ölkələrin bu kateqoriyadan olan cinayətlərlə mübarizə sahəsində təcrübəsi və müvafiq istiqamətdə qanunvericiliyin tətbiqi xüsusiyyətləri, hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasının hüquqi və praktiki tərəfləri barədə ətraflı məlumat verilməklə təqdimatlar edilib, istintaq olunmuş cinayət işlərindən nümunələr göstərilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları ekspertlərə ölkəmizin hüquq sisteminin mahiyyəti, son illər korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər, o cümlədən hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq olunması barədə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər, bununla bağlı Cəzaların İcrası və Cinayət-Prosessual məcəllələrinə ediləcək dəyişikliklərlə əlaqədar qanun layihələrinin hazırlanması barədə ətraflı məlumat veriblər.
Qarşılıqlı müzakirələr şəraitində keçən tədbirdə hüquqi şəxslərin cinayət məsuliyyəti ilə əlaqədar tədris tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə icra edilib.
Tədbirdə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info