Gənclər Günü münasibəti ilə “Əsgər bayramı” keçiriləcək
Tarix: 30.01.2014 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


2 Fevral Gənclər Günü münasibəti ilə Gənclər və İdman Nazirliyi müxtəlif təbəqələrdən olan gənclər üçün silsilə tədbirlər həyata keçirir. Nazirliyin mətbuat xidmətindən “Palitra”ya verilən məlumata görə görülən işlər çərçivəsində nazirlik Ramanada məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə bayram tədbiri keçirib. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşları Nərmin Aslanbəyova və Fərid Qurbanzadə iştirak ediblər. Qəsəbədə məskunlaşmış məcburi köçkün gənclər, ziyalıların da iştirak etdikləri tədbirdə il ərzində musiqi, idman, şeir sənəti sahəsində fərqlənən gənclər nazirliyin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar. Bayram tədbiri Azərbaycanın tanınmış estrada müğənnilərinin musiqi nömrələri ilə sona çatıb.
Həmçinin nazirlik Gənclər Günü münasibəti ilə yanvarın 31-də “Gənclik” sarayında “Əsgər bayramı” keçirəcək.
Tədbirdə dövlət qurumları, millət vəkilləri, qeyri-hökumət təşkilatları nümayəndələri, gənclər təşkilatları, tələbə gənclər təşkilatlarının rəhbərləri, Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin və Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissələrində xidmət edən əsgər və zabit heyəti və fəal gənclərin iştirakı nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Türkiyə Xəzər hövzəsindən enerji ehtiyatlarının dünya bazarlarına tədarükündə maraqlıdır
20.04.2019
Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb
20.04.2019
Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər
20.04.2019
Azərbaycan neftinin qiyməti bahalaşıb
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info