“The Guardian”: “Ukraynadakı aksiyaların başında bir nömrəli millətçilər və faşistlər dayanır”
Tarix: 30.01.2014 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


“Avropa Birliyi heç vaxt razı olmayıb və bundan sonra da icazə verməz ki, Ukrayna onun sıralarına qoşulsun”

“The Guardian” Ukraynada cərəyan edən siyasi kataklizmlə bağlı maraqlı bir yazı yazıb. Yazıda qeyd edilir: “İki aydır sürən Ukraynadakı etiraz aksiyaları barədə Qərb KİV-ləri yaxşı təkrarlanmış ssenarinin mənzərəsini verməyə çalışırlar. Belə ki, demokratiyanın avtoritarizmlə mübarizəsinin davam etdiyi bildirilir. Nümayişçilər deyirlər ki, onlara Avropa Birliyinin bir hissəsi olmaq hüququ verilib, amma Rusiya prezidenti Vladimir Putin onları bu tərəqqi şansından məhrum edib.
Bu tarixi biz eşitmişik və bu və ya digər formada təkrar-təkrar eşitməkdəyik. O cümlədən, on il öncə Ukraynada Qərbin dəstəyi ilə “narıncı” inqilab başlayanda da biz bunu eşitmişdik. Amma bu, həqiqətə çox az bağlıdır. Avropa Birliyi heç vaxt razı olmayıb və bundan sonra da icvazə verməz ki, Ukrayna onun sıralarına qoşulsun. Belə bir hadisə artıq Misirdə baş verdi: “Orada qovulan prezident də seçkilər nətcəsində seçilmişdi və bu seçkiləri beynəlxalq müşahidəçilər ədalətli və düzgün qiymətləndirmişdilər. Onlardan küçələrə çıxan çoxları isə demokratiyaya heç cəhd də etmirlər.
KİV-in məlumatlarından isə qətiyyən bilmək olmur ki, aksiyaların mərkəzində və dövlət müəssisələrinə hücumun başında bir nömrəli millətçilər və faşistlər dayanır. Ukraynadakı aksiyaların başında dayanan 3 əsas müxalifət partiyasından biri - “Svoboda” sağ antisemit partiyasıdır. Onun lideri Oleq Tyaqnibok iddia edir ki, Ukraynanı “Moskva-yəhudi mafiyası” nəzarətdə saxlayır.
Halbuki amerikan senatoru Con Makkeyn keçən ay onlarla məmnun halda Kiyevdə səhnəyə çıxdı. Lvovdan qidalanan bu partiya bu ayın başlanğıcında 15 min nəfərlik bir dəstəyə Ukrayna faşistlərinin rəhbəri olmuş Stepan Banderin xatirəsini yad etməkdə başçılıq etmişdi. Stepanın bölmələri isə İkinci Dünya müharibəsi illərində faşistlərin tərəfində vuruşublar və yəhudilərin qırılmasında iştirak ediblər. Belə çıxır ki, Osvensimin Qızıl Ordu tərəfindən azad edilməsinin şərəfinə ucaldılmış Xolokost abidəsi bir həftə öncə yad edilərkən, Qərb siyasətçiləri Kiyevin küçələrində, genosid törədənlərin tərəfdarlarını salamlayıblar.
Amma bu dəfə “Svoboda”nı aksiyaların gedişində daha ekstremist qruplaşmalara tərəf itələyiblər – bu “sağ sektor” adlanır. Bu sektor “milli inqilab” tələb edir və “ağır partizan müharibəsi” ilə hədələyir. Avropa Birliyi isə buna diqqət ayırmır. O məşğuldur: Ukraynanı assosiasiya sazişi imzalamağa məcbur etmək istəyir və Almaniya tərəfindən təklif edilmiş sərt iqtisadiyyat rejimində Ukraynanın Qərb şirkətlərinə açılması müqabilində kredit vəd edir.
Putin Ukraynaya 15 milyard dollar yardım təklif edəndən sonra isə Yanukoviç etirazlar nəticəsində Avropa Birliyinin bu təklifindən imtina etdi. Amma ukraynalılar Avropaya inteqrasiyaya və etirazlara qətiyyən birmənalı yanaşmırlar. Onlar arasında bu məsələlərdə dərin parçalanma var. Bu parçalanma xətti rusdilli şərq və cənubla millətçi əhvali-ruhiyyəli qərb arasında uzanır.
Ölkənin şərqindəki sənaye Rusiya bazarlarına oriyentirlənib və Avropa Birliyinin rəqabəti bu sənayeni sıradan çıxaracaq. Qərb 1990-cı illərdən Ukraynanın parçalanmasını nümayiş etdirən bu tarixi xətdən yararlanmağa çalışır ki, Rusiyanın təsirini azaltsın. Bundan başqa o, inadla Ukraynanı NATO-ya çəkmək istəyir. “Narıncı” inqilabın liderlərini də Qərb məcbur etmişdi ki, Ukrayna qoşunları İraq və Əfqanıstana yollansın.
NATO-nun şərqə doğru hərəkətinə 2008-ci ildə Gürcüstandakı müharibə mane oldu”.
Daha sonra qeyd edilir: “NATO-nun baş katibi Anders Foq Rasmussen bu gün bütün şübhələri dağıtdı ki, Avropa Birliyinin Ukraynanı yoldan çıxarmasının arxasında Qərbin hərbi strategiyası dayanır. O bəyan edib ki, Ukrayna ilə baş tutmayan saziş avroatlantik təhlükəsizlik barədə böyük mübahisə yarada bilər”.
Qeyd edilir ki, Ukraynanın parçalanması Ukraynaya aid iş olmayacaq: “Bu gün Çin Şərqi Asiyada ABŞ hegemonluğuna qarşı dayanır. Ukraynanın parçalanması isə xarici qüvvələrin bu məsələyə müdaxilə etməsi ilə nəticələnəcək”.
Təkcə ukraynalılar olsa, öz böhranlarından çıxa bilərdilər. Amma bu prosesə xarici müdaxilə təhlükəli və təxribat xarakterlidir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info