Azərbaycanlı tələbədən Kolumbiya Universitetinə dəyərli hədiyyə
Tarix: 30.01.2014 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Azərbaycandan dünyanın dörd bir yanına ali təhsil almağa gedən aktiv gənclərimizdən sevindirici xəbərlər gəlməkdə davam edir. Müxtəlif sahələr üzrə uğurlu şəkildə təhsil alıb nailiyyətlər qazanan gənclərimiz ictimai, diaspor işlərində fəal olmaqla yanaşı, fərdi şəkildə də yeniliklərə imza atır, ölkəmiz üçün əhəmiyyətli olan bir sıra işlər görürlər. Belə aktiv gənclərimizdən biri Qərənfil Həsənovadır. Qərənfil Həsənova ABŞ-da məşhur Kolumbiya Universitetində təhsil alır. O, Heydər Əliyev Fondunun dəstəyi ilə Kolumbiya Universitetinin Lehman kitabxanasına bir sıra dəyərli məlumatlar toplusu təqdim edib. Bu topluda Azərbaycanın təbliği istiqamətində bir sıra maraqlı məqamlar yer alıb. Qərənfil Həsənovanın “Palitra”ya verdiyi məlumata görə onun belə tədbirləri davamlı olacaq: “Kolumbiya Universitetinin Lehman kitabxanasına Rusiya, Avrasiya və Şərqi Avropa Ölkələri Departamentinə Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, xalçaları, Qarabağ problemi ilə bağlı çoxlu kitablar və digər əhəmiyyətli informativ materiallar bağışladım. Bunu isə Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşdıra bildim. Düşünürəm ki, bu materiallar və kitablar kifayət qədər maraqlı, dolğun və həqiqəti özündə əks etdirən əsl faktlar toplusu olduğu üçün onlardan yararlanan əcnəbi gənclər ölkəmizlə bağlı xeyli məlumatlar əldə edəcəklər ”.
Qeyd edək ki, Qərənfil Həsənova təhsilini uğurla davam etdirməklə yanaşı, yaşadığı şəhərdə etdiyi könüllülük fəaliyyətinə və ölkəmizin mədəniyyətini uğurla təmsil etdiyinə görə ABŞ prezidenti tərəfindən Prezidentin Fəxri Döş Nişanı ilə təltif edilən gənclərdən biri olub. Qərənfil Həsənovanın digər uğurları da olub və öncül, adı birincilər sırasında hallanan gənc fəalımız hazırda Azərbaycanla bağlı yeni layihələr üzərində işləyir. Qərənfil xanımın ən qısa zamanda həyata keçirmək istədiyi bu layihələrin isə digərləri kimi uğurlu olacağı gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info