Mətbuat Şurasında görüş keçirilib
Tarix: 30.01.2014 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin ölkəmizdə səfərdə olan nümayəndələri - qurumun baş tədqiqat əlaqələndiriciləri Zora Papova və Raul Karstosia, həmçinin layihə koordinatoru Tamari Bulia ilə görüşüb.
MŞ-dən verilən məlumata görə, Ə.Amaşov qonaqlara təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı geniş məlumat verib. O, əsasən Şuraya daxil olan şikayətlər barədə söz açaraq bildirib ki, narazılıq doğuran media materiallarında kimlərəsə qarşı milli ayrı-seçkiliyin edildiyinə dair faktlar, demək olar, qeydə alınmır. Şura sədri Azərbaycanda çoxsaylı xalqların nümayəndələrinin yaşadıqlarını, onların öz ana dillərində kütləvi informasiya təsis etmələri üçün hər cür şəraitin mövcud olduğunu vurğulayıb.
Mərkəzin baş tədqiqat əlaqələndiricisi Z.Papova təmsil etdiyi qurumun ATƏT, Avropa İttifaqı və Avropa Şurası ilə sıx əməkdaşlığa malik olduğunu diqqətə çatdırıb. O bildirib ki, Mərkəz əsasən konfliktlərin aradan qaldırılması, təlimlərin keçirilməsi və müxtəlif tədqiqatların aparılması üzrə ixtisaslaşıb. Digər avropalı qonaqlar çıxışlarında təşkilatın media ilə işinin müxtəlif istiqamətlərinə dair məlumat veriblər.
Qeyd edək ki, Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin nümayəndələrinin ölkəmizə yanvarın 26-dan 30-dək davam edən səfəri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xətti ilə reallaşdırılıb. Bu müddətdə qonaqlar qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşlər keçiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info