Suriya bioloji silah istehsal edə bilər?
Tarix: 30.01.2014 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


Amerika Birləşmiş Ştatları ölkəsinin Milli Kəşfiyyat İdarəsinin rəyinə əsaslanaraq bildirir ki, Bəşər Əsəd Suriyada cərəyan edən hadisələr fövqündə bioloji silah istehsal edə bilər. Onlar iddia edirlər ki, bunun üçün Dəməşq bütün texniki imkanlara malikdir.
Doğrudur, bir müddət əvvəl Suriya bütün kimyəvi silahlarının məhv edilməsinə razılıq verib, lakin bununla belə o, bioloji silah istehsal etməyə kifayət qədər qadirdir: “Biz güman edirik ki, Suriya bioloji silahın istehsal etdirilməsi üçün müəyyən elementlərə malikdir. Ona görə də bu qənaətə gəlmək olar ki, Suriyada uzunmüddətli proqram çərçivəsində məhdud sayda bioloji silah istehsal edilə bilər”. Bunu ABŞ Milli Kəşfiyyatının rəhbəri Ceyms Klepperə istinadən "İnterfaks" bildirib. Xatırladaq ki, ötən ilin dekabrında Kimyəvi Silahların Ləğvinə dair Təşkilatın İcra Şurası Suriyadadakı kimyəvi silahların məhv edilməsinin növbəti mərhələsini təsdiq etmişdi. Belə razılaşdırılmışdı ki, Rusiya yardım məqsədi ilə Suriyanın liman şəhəri olan Latakii və ölkənin dəniz ərazisinin təhlükəsizliyini təmin edəcək. Bu il yanvarın ikinci yarısında təhlükəli silahın ikinci partiyası Danimarka və Norveç gəmilərində ölkədən çıxarılıb.
Qeyd edək ki, Kimyəvi Silahların Ləğvinə dair Təşkilat Suriyadakı kimyəvi silah arsenalının bu ilin yayına qədər məhv ediləcəyinə ümid edir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
20.01.2019
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info