“France 3 TV” Qəzzafinin müsahibəsini yaydı
Tarix: 30.01.2014 | Saat: 22:24:00 | E-mail | Çapa göndər


“Sarkozi mənim hesabıma prezident oldu. Bizim ona ayırdığımız vəsait hesabına seçkidə qələbə qazandı”
Fransanın “France 3 TV” kanalı Liviyanın keçmiş lideri Müəmmar Qəzzafinin son müsahibələrindən birini yayıb. Həmin müsahibədə Qəzzafi təsdiq edib ki, ölkəsi Nikola Sarkozinin 2007-ci ildə keçirilən prezident seçkiləri kampaniyasını maliyyələşdirib. Bu haqda məlumat yayan “RİA Novosti” yazır ki, Qəzzafinin Sarkozinin seçki kampaniyasını maliyyələşdirməsi haqqında ilk informasiya 2012-ci ilin yazında
yayılıb.


“Mediapart”ın yaydığı məlumatda qeyd edilirdi ki, Liviya rejimi Sarkozinin seçki kampaniyasında bəzi ehtiyacların ödənməsi üçün 50 milyon avro verib. Sarkozi bu məlumatı böyük saxtakarlıq adlandıraraq “Mediapart”ı məhkəməyə verib. Hazırda Fransada bu məsələ ilə bağlı məhkəmə işi davam etməkdədir.

Liviya rejiminin Sarkozinin seçki kampaniyası üçün 50 milyon avro verdiyi təsdiqlənir

Belə bir vaxtda “France 3 TV” kanalı Qəzzafinin 2011-ci ilin 16 mart tarixində verdiyi müsahibənin audioyazısını yayıb. Maraqlıdır ki, məhz həmin müsahibədən bir neçə gün sonra Fransa Qəzzafini devirmək istəyən Liviya müxalifətini rəsmi şəkildə tanıyıb. Qəzzafi müsahibəsində deyir ki, Sarkozi xarici işlər naziri olarkən kömək üçün ona müraciət edib. O, fransız siyasətçilərə verdiyi pulun dəqiq məbləğini deməyib. “Sarkozi əqli cəhətdən geri qalmışdır…Mənim hesabıma prezident oldu. Bizim ona ayırdığımız vəsait hesabına seçkidə qələbə qazandı” - deyə Qəzzafi müsahibəsində qeyd edib. 2007-ci ilin dekabr ayında, prezident seçiləndən bir neçə ay sonra Sarkozi Yelisey sarayında Qəzzafini qəbul edib. İki dövlət arasındakı isti münasibətlərə Parisin Qəzzafiyə qarşı çıxan müxalifəti dəstəkləməsindən sonra, 2011-ci ildə son qoyuldu. Sarkozi və xarici işlər naziri Alen Jüpenin səyləri nəticəsində Fransa Liviyaya qarşı hərbi əməliyyatların əsas təşəbbüskarı oldu. Paris Qəzzafinin hakimiyyətdən getməsini tələb edirdi. Və öz istəyinə 2011-ci ilin 20 oktyabr tarixində nail oldu. Qəzzafini ələ keçirən üsyançılar onu vəhşicəsinə döyərək qətlə yetiriblər. Onu da qeyd edək ki, bəzi nüfuzlu mətbu orqanlar üsyançıların Qəzzafini döydüyü vaxt yaxınlıqda olan Fransa komandoslarının olayı kənardan müşahidə etdiklərini qeyd edirlər.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Afinada Rusiya səfirliyinin qarşısındakı polislərə qumbara atılıb
22.03.2019
Çində kimyəvi zavodda partlayış nəticəsində ölənlərin sayı 44-ə çatıb
22.03.2019
Almaniyanın sabiq rəhbərlərinin pensiyaları azaldıla bilər
20.03.2019
İsveçrə portalında Novruz bayramı haqqında yazı yerləşdirilib
20.03.2019
Terror təşkilatı PKK tərəfdarlarının Kölndə işğal təşəbbüsü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info