Ölkəyə gətirilən bəzi avtomobillər ekoloji standartlara cavab vermir
Tarix: 30.01.2014 | Saat: 22:41:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsində (DGK) gömrükçülərin peşə bayramı münasibəti ilə tədbir və ötən ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib. Kollegiya iclasını açan DGK sədri Aydın Əliyev Azərbaycan gömrük xidmətinin yaradılmasının 22 illiyi münasibətilə bütün gömrük əməkdaşlarını təbrik edib.
O bildirib ki, Azərbaycanda gömrükçülərin peşə bayramı 1992-ci ildən qeyd edilir. Onun sözlərinə görə, bu il 22 illiyini qeyd edən gömrük xidməti əməkdaşları çətin və qürurlu günləri arxada qoyur. Sədr bu il xidmətdə fərqlənən gömrük əməkdaşlarını diplom və medallarla təltif edib. Sonra çıxış edən DGK sədrinin birinci müavini Səfər Mehdiyev bildirib ki, Azərbaycan gömrüyü ötən il nəzərdə tutulan 1,380 mlrd. manat illik büdcə proqnozu əvəzində 1,383 mlrd. manat gömrük vergi və rüsumu toplayaraq proqnoza 100,2% əməl edib. Onun sözlərinə görə, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycana mal və nəqliyyat vasitələrinin axını artmaqdadır: «Ötən il Azərbaycan gömrüyü iqtisadi təhlükəsizliyin təmin edilməsi, qaçaqmalçılıq kanallarının aşkar və ləğv olunması istiqamətində qətiyyətli mübarizə aparıb. Qeydə alınan 12 475 hüquqpozma hadisəsindən 347-si cinayət xarakterli olub ki, bu sırada narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı faktlar əsas yer tutur».
S.Mehdiyev deyib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ötən il 133 fakt aşkarlanıb: «Bu faktlar üzrə ümumilikdə 135,3 kq narkotik vasitə və psixotrop maddələr, o cümlədən, 33,1 kq həşiş, 18,2 kq tiryək, 37,7 kq heroin, 198,5 qram kokain, 35,6 kq marixuana, 10,1 kq metamfetamin, 217,7 qram metadon və s. gömrükçülər tərəfindən aşkarlanaraq dövriyyədən çıxarılıb. Bu faktlar üzrə şübhəli bilinən şəxslərdən 138 nəfəri kişi, 14 nəfəri qadın olmaqla, ümumilikdə, 152 nəfər barəsində müvafiq tədbirlər görülüb».

Ölkəyə uyuşdurucu maddələr haradan gətirilir?
Azərbaycana narkotik vasitələr və uyuşdurucu maddələr daha çox İrandan gətirilir.
Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib. Onun sözlərinə görə, ölkəyə bir-iki dəfə narkotik maddə keçirilməsi halı Rusiya sərhədində qeydə alınıb: «Ötən il DGK tərəfindən 130 kq-dan artıq narkotik və psixotrop maddələr tutulub. Bunların da çəkisinə baxanda üstünlük heroinin payına düşür. Bu, da olduqca diqqəti cəlb edən bir faktdır». Komitə sədri qeyd edib ki, artıq neçə vaxtdır ölkəyə kokainin gətirilməsi faktları qeydə alınmırdı: «Bununla bağlı bu il faktlarımız var. Ən qorxulusu isə odur ki, ölkə ərazisinə metaferominal gətirilir ki, bu da uyuşdurucu maddələr üçün xammaldır. Eyni zamanda, küllü miqdarda mobil telefonlar və zinət əşyaları aşkar olunaraq götürülüb».

«Euro-4» standartına keçid gömrük yığımlarına təsir etməyəcək

A.Əliyev bildirib ki, aprelin 1-dən etibarən Azərbaycana avtomobillərin idxalı prosesi «Euro-4» ekoloji standartının tələblərinə uyğun tənzimlənəcək. Komitə sədrinin sözlərinə görə, gömrük sahəsində həyata keçirilən sonuncu yenilik idxal olunan neft məhsulları ilə bağlı olub: «Burada aksizlər 250 ABŞ dollarından 1 dollara endirilib, gömrük rüsumları aradan qaldırılıb». A.Əliyev deyib ki, bununla bağlı Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) də açıqlama verib: «Hesab edirəm ki, qüvvədə olan gömrük tarifləri Azərbaycanın bugünkü iqtisadi vəziyyətinə, ölkənin iqtisadi inkişafına xidmət edə biləcək səviyyədədir». DGK sədri əlavə edib ki, «Euro-4» ekoloji standartına keçid gömrük vergi və rüsumlarının toplanmasına ciddi təsir etməyəcək: «Avtonəqliyyat vasitələrinə idxal zamanı tətbiq olunan vergilərdən ikisi mütləq rəqəmlərdir. Söhbət əlavə dəyər vergisindən gedir. Amma biz bir o qədər böyük dəyişikliklər gözləmirik». Komitə rəhbəri düşünür ki, DGK bundan sonra da büdcə proqnozlarının yerinə yetirilməsində problemlərlə üzləşməyəcək.

Yeni standarta keçid tıxac probleminin həllinə də kəmək edəcək

DGK sədri bildirib ki, Azərbaycana idxal olunan bəzi avtonəqliyyat vasitələri ekologiyaya ziyan vurur və mövcud ekoloji standartlara cavab vermir. A.Əliyevin sözlərinə görə, Azərbaycanda «Euro-4» ekoloji standartlarına keçidlə bağlı qəbul olunmuş qərar olduqca önəmlidir: «Bu qərar qəbul olunubsa, deməli buna ehtiyac var. «Euro-2» standartı ən aşağı standart idi. «Euro-4»ə keçid avtomobillərin idxal tələblərini artıracaq, ekologiyanın qorunmasına xidmət edəcək».DGK sədri qeyd edib ki, bu standarta keçid köhnə avtomobillərin tədricən aradan qaldırılması və tıxac probleminin həllinə xidmət edir: «Həmçinin, yol hərəkətinin normal vəziyyətə düşməsinə təsir edəcək. Artıq Avropada «Euro-5»dən «Euro-6»ya keçirlər. İnkişaf edən ölkə üçün bu, normal qərardır».
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info