Rezidenturaya qəbul imtahanlarının vaxtı açıqlanıb
Tarix: 30.01.2014 | Saat: 22:56:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Rezidentura” jurnalının 1-ci sayı nəşr olunub. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, jurnalda rezidenturaya qəbul qaydaları və baza fənləri üzrə qəbul proqramları verilib.
Qaydalara əsasən qəbul imtahanı ötən illərdə olduğu kimi, yenə də iki mərhələdə test üsulu ilə keçiriləcək. Ancaq cari ildən etibarən rezidenturaya qəbul imtahanının birinci mərhələsi mart ayının sonunda, ikinci mərhələsi isə iyul ayının sonunda keçiriləcək. Bu vaxta kimi isə rezidenturaya qəbul imtahanlarının 1-ci və 2-ci mərhələsi sentyabr ayında ardıcıl şəkildə iki gün ərzində keçirilib.
İmtahanın birinci mərhələsində namizədlərin baza fənləri üzrə bilikləri, ikinci mərhələsində isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Namizədlərə iki mərhələ üzrə ümumilikdə 200 test tapşırığı təqdim ediləcək. Bunlardan 100-ü baza fənlərinə, 100-ü isə ixtisas fənlərinə aid olacaq. Hər bir test tapşırığının düzgün cavabı bir balla qiymətləndiriləcək, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərməyəcək. İmtahanın birinci mərhələsindəki nəticələri TQDK-nın müəyyən etdiyi tələbləri ödəyən namizədlər ikinci mərhələyə buraxılacaqlar. İxtisas seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan edildikdən sonra aparılacaq. Ötən ildə olduğu kimi, bu il də rezidenturaya qəbul imtahanının test bloklarına açıq tipli test tapşırıqları da daxil ediləcək.
Qeyd edək ki, rezidenturaya qəbul elanı, ixtisas fənləri üzrə qəbul proqramları, ərizə verən namizəd üçün təlimat, elektron ərizənin doldurulma qaydası, qəbul aparılan ixtisaslar və plan yerləri haqqında məlumatlar jurnalın növbəti saylarında dərc olunacaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info