“Ümid” yatağındakı 12 nömrəli quyu istismara verilib
Tarix: 30.01.2014 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dövlət müstəqilliyi illərində qazandığı zəngin təcrübəyə və inkişaf etdirilmiş infrastruktura arxalanaraq “Ümid” yatağının işlənilməsini uğurla həyata keçirir.
Şirkətin mütəxəssisləri tərəfindən müstəqillik dövründə kəşf olunmuş ilk yataq olan “Ümid”də daha bir uğurlu nəticəyə imza atılıb.
ARDNŞ-in mətbuat xidmətindən bildiriblər ki, “Ümid” yatağındakı 1 nömrəli platformadan 6 min 309 metr dərinliyə qazılmış 12 nömrəli kəşfiyyat quyusu sutkalıq 800 min kubmetr qaz və 200 ton kondensat hasilatı ilə istismara verilib. Hazırda hasil edilən məhsul sualtı boru kəmərləri vasitəsilə sahilə nəql olunur.
Mürəkkəb geoloji kəsilişə, yüksək lay təzyiqlərinə malik strukturda yerləşməsinə baxmayaraq, quyunun işə salınması Azərbaycan mütəxəssislərinin peşəkarlığına daha bir sübutdur. Uzunmüddətli və təhlükəsiz istismar işlərinin aparılması məqsədilə quyu dünyanın “Schlumberger”, “Wheathford”, “Hlliburton” kimi aparıcı şirkətlərinin quyuağzı və quyuiçi avadanlığı ilə təchiz edilib. Qazanılmış nailiyyət ARDNŞ-in öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqləyir. Bu uğur Xəzərin Azərbaycan sektorunda neftlilik və qazlılıq perspektivlərinin böyük olduğunu göstərir, eləcə də gələcəkdə yeni yataqların açılması baxımından ciddi əhəmiyyətə malikdir.
“Ümid” yatağı Bakı şəhərindən cənuba doğru 60 kilometrlik məsafədə, açıq dənizdə, suyun dərinliyi 60 metr olan hissədə yerləşir. Hazırda istismarda olan 1 nömrəli platforma 2009-cu ildə ARDNŞ-in daxili imkanları hesabına tikilərək quraşdırılıb. Platformadan 10 nömrəli quyu 2012-ci ilin sentyabrında istismara verilib. Gələcəkdə platformadan daha 3 istismar quyusunun qazılması nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info