Gənclərimiz gələcəyimizdir
Tarix: 31.01.2014 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində 2 Fevral Gənclər Gününə həsr olunmuş “Azərbaycan gəncliyi və müasir dövr” mövzusunda elmi-praktiki konfrans keçirildi. Konfransı giriş sözü ilə açan rektor, professor Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin gənclər siyasətinin ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında uğurlu davamından, dövlətin əsas sütununu təşkil edən gənclərə hərtərəfli dövlət qayğısından bəhs etdi. Rektor universitet tələbələrinin müxtəlif sahələrdə qazandığı uğurlardan danışaraq gəncləri bayram münasibətilə təbrik etdi, onlara elm və təhsildə, müstəqil dövlətimizin inkişafı istiqamətindəki gələcək fəaliyyətlərində uğurlar arzuladı. Konfransda universitet Tələbə Gənclər Təşkilatının sədri, doktorant Arzu Abdullayev “Azərbaycan gəncliyi və müasir dövr”, Tələbə Həmkarlar təşkilatının sədri, hüquqşünaslıq ixtisası üzrə III kurs tələbəsi Mətin Quluzadə “Tələbə gənclik həmkarlar təşkilatı sıralarında”, Tələbə Elmi Cəmiyyətinin sədri, hüquqşünaslıq ixtisası üzrə III kurs tələbəsi Ramazan Abdullayev “Universitet gəncliyi və elmi mühit” mövzusunda məruzələr etdilər. Məruzələrdə vurğulandı ki, müstəqil Azərbaycanın gənclər siyasətinin qurucusu Ümummilli lider Heydər Əliyev tərəfndən 1997-ci ildə 2 Fevral Gənclər Gününün elan edilməsi ilə bağlı qərar qəbul edildikdən sonra bu əlamətdar gün hər il ölkədə mütəşəkkil şəkildə qeyd olunur. Müasir gənclik dövlət qayğısından və etimadından bəhrələnərək ictimai-siyasi, iqtisadi və digər sahələrdə müstəsna rol oynayır. Azərbaycan gəncliyi kimi, universitet tələbələri də ölkədə aparılan siyasi, sosial-iqtisadi islahatlarda, təhsil quruculuğu sahəsində aparıcı qüvvə kimi öndə gedir, dünyamiqyaslı tədbirlərdə ölkəmizi layiqincə təmsil edirlər. Məruzələrdə Vətənini, xalqını, sevən, dünyagörüşlü, intellektual potensiala, qətiyyətli siyasi əqidəyə, milli-mənəvi dəyərlərə malik gənclərin yetişməsində Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının, Tələbə Elmi Cəmiyyətinin və digər gənclər təşkilatlarının məqsədyönlü fəaliyyətinə toxunuldu. Qeyd olundu ki, tələbə gənclər bundan sonra da dövlət siyasətini yekdilliklə dəstəkləyərək, təhsildə böyük nailiyyətlər qazanmağa, ictimai-siyasi proseslərdə fəal vətəndaşlıq mövqeyi tutmağa davam edəcək. Konfransın sonunda rektor, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həvəskar rejissorlar üçün keçirilən “Gənc Azərbaycan” qısametrajlı film festivalında ikinci yerə layiq görülmüş universitetin fransız dili müəllimliyi ixtisasının III kurs tələbələrinə, universitet YAP gənclər birliyinin sədr müavini Aytən İsmayılovaya və Arzu Qasımova dipom və sertifikatları təqdim etdi.
Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri








 
Bölməyə aid digər xəbərlər
22.05.2019
Bələdiyyə idarəçiliyində qadınların rolu artacaq
22.05.2019
Gömrük Akademiyasının tələbələri məhkəmə baxışının simulyasiyasını keçiriblər
22.05.2019
Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb
22.05.2019
Ombudsman aparatının nümayəndələri döyüş bölgəsindəki hərbi hissədə olublar
22.05.2019
“Bakcell” qadınların məşğulluğunun artırılmasına dəstək göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info