Erməni vəhşiliyinə dair mühüm sənəd: “4 000 nəfər Araza tökülərək öldürülüb”
Tarix: 31.01.2014 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Ermənilərin daha çox fəal olduğu və yaşadığı Fransada ilginc sənəd üzə çıxıb. Belə ki, Fransa Xarici İşlər Nazirliyinin arxivində ermənilərin xalqımıza qarşı törətdiyi tarixi cinayətləri sübuta yetirən sənəd aşkarlanıb.
“Palitra”nın Azərbaycanın Los Anceles şəhərindəki Baş Konsulluğunun “Facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi qətliamları və tarixi cinayətləri sübuta yetirən bu sənəd Fransanın vaxtilə Tbilisidə fəaliyyət göstərən Qafqaz üzrə ali komissarı (səfiri) Damien de Martel tərəfindən Fransanın Xarici İşlər Nazirliyinə (XİN) göndərilmiş və hazırda Fransa XİN-in arxivində saxlanılan məktubudur.
Məktubda Ali Komissar Ermənistanda, paytaxt Yerevan ətrafında yaşayan qadın və uşaqlar da daxil olmaqla, 4 000 azərbaycanlının 1920-ci ilin iyun ayında erməni ordusu tərəfindən necə kütləvi qırğına məruz qaldığı göstərilir.
Bu məktub Fransanın Qafqaz üzrə ali komissarı Damien de Martel tərəfindən 20 iyul 1920-ci ildə Fransanın Xarici İşlər Nazirliyinə göndərilib.
Sözügedən bu tarixi sənəddən çıxarışda deyilir: "...Bu hərbi əməliyyatlara gəldikdə isə, Ermənistandan yenicə qayıtmış şahidlərdən əməliyyatların necə aparıldığına dair bir sıra məlumatlar əldə etmişəm. İyun ayının axırlarında İrəvanın cənubunda erməni qoşunları 40 000-dən çox müsəlmanın (azərbaycanlının) məskunlaşdığı 25 tatar (azərbaycanlı) kəndini mühasirəyə alıblar. Paytaxta yaxın ərazidə yaşayan və hər hansı müstəqillik iddiasında olmayan buradakı əhali həmişə sakit və sülhpərvər həyat tərzi sürüb. Onları top atəşləri ilə yaşadıqları kəndlərdən qovaraq Araz çayına töküblər. Boşalan kəndləri isə qısa zamanda gəlmə ermənilər işğal edib. Bu hadisə zamanı erməni əsgərlər tərəfindən qadın və uşaqlar da daxil olmaqla 4 000 nəfər Araz çayına tökülərək öldürülüb".

Bu sənədi maraqlı edən birinci amil ondan ibarətdir ki, həmin dövrdə ermənilər bir tərəfdən fransızları köməyə çağıraraq, onları bolşeviklərdən qorumağa və hətta Türkiyədəki "tarixi erməni torpaqlarını" işğal etməyə səsləyir.
Digər tərəfdən isə sözügedən sənəddən də görüldüyü kimi, Fransanın Qafqaz üzrə ali komissarı azərbaycanlılara qarşı törədilmiş qətliamları təsdiqləyir. Bir sözlə, fakt öz faktlığında qalır.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info