Ali Neft Məktəbində Gənclər Günü münasibətilə tədbir keçirilib
Tarix: 31.01.2014 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Yanvarın 31-də Bakı Ali Neft Məktəbində (BANM) 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
BANM-in mətbuat xidmətindən bildiriblər ki, tədbirdə çıxış edən ali məktəbin rektoru Elmar Qasımov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu gənclər siyasətinin əhəmiyyətindən danışıb.
E.Qasımov qeyd edib ki, bu gün Azərbaycanda gənclərin inkişafı və gələcəkdə lider kimi yetişmələri üçün dövlət tərəfindən bütün lazımi şərait yaradılıb və bu istiqamətdə yeni islahatlar həyata keçirilməkdədir.
BANM-in kollektivini qısa müddətdə əldə etdiyi uğurlar münasibətilə təbrik edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov bildirib ki, tələbə gənclər dövlət quruculuğunda, iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin, incəsənətin və idmanın inkişafında əhəmiyyətli rol oynayırlar.
Azərbaycanın insan potensialının özəyi olan gənclərin inkişafı və həyatda özlərini təsdiq etmələri üçün dövlət tərəfindən bütün şəraitin yaradıldığını qeyd edən T.Süleymanov bildirib ki, hər bir gənc bu imkanlardan maksimum bəhrələnməlidir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qeyd edib ki, qısa müddətdə ali məktəbin infrastrukturunun yaradılması, kadr potensialının formalaşdırılması istiqamətində böyük işlər görülüb. Bunun nəticəsində artıq iki ildir ki, BANM Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərtib etdiyi təhsil müəssisələrinin reytinq cədvəlində birinci yerdə qərarlaşıb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkədə həyata keçirilən uğurlu gənclər siyasətindən danışaraq bu gün Azərbaycanda gənclərlə işin dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov çıxış edərək ölkəmizdə aparılan gənclər siyasəti və bu istiqamətdə görülən işlərdən danışıblar.
Sonda ATGTİ və BANM-in tələbə gənclər təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Gənc neftçilər” olimpiadasının və müxtəlif yarışların qalibi olan tələbələrə diplom və sertifikatlar verilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info