Gənclər Günü ilə bağlı sərgi açılacaq
Tarix: 31.01.2014 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


1996-cı il tarixindən başlayaraq hər il 2 fevral ölkədə Gəncləri Günü kimi qeyd olunur. Məhz 1996-cı ildə ilk dəfə olaraq ümummulli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan Respublikasında Azərbaycan gənclərinin I forumu keçirildi. Forum ölkədə gənclər hərəkatının vüsət almasına təkan verdi. Həmin günün əhəmiyyətini nəzərə alınaraq, 2 fevral tarixi Gənclər Günü kimi elan edilərək Azərbaycan tarixinə yazıldı.
Hər il Azərbaycan Gəncləri Gününün respublikada geniş şəkildə qeyd olunması məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Bu il də gənclərin iştirakı ilə bir sıra tədbirlərın həyata keçirilməsi nəzərdə tutulub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Fevraın 3-də “2 fevral - Gəncləri günü” nün qeyd olunması ümummilli lider Heydər Əliyevin məzarının ziyarəti ilə başlanacaq. Ardınca Şəhidlər xiyabanını ziyarət edəcək gənclər Azərbaycanın müstəqilliyi yolunda həlak olanların xatirəsini yad edəcəklər.
Tədbirlər Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqı ilə birgə Azərbaycan gəncləri günü münasibətilə təşkil etdiyi gənc rəssamların əsərlərindən ibarət sərginin açılışı ilə davam edəcək.
Sərginin açılışı Vəcihə Səmədova adına sərgi salonunda baş tutacaq. Sərgidə tamaşaçılara 200-dək gənc peşəkar rəssamın rəsm və heykəltaraşlıq əsərləri, tətbiqi sənət nümunələri təqdim olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info