Tokioda Azərbaycan haqqında təqdimat
Tarix: 31.01.2014 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Yaponiya parlamentinin Tokiodan seçilmiş deputatı, hakim Liberal Demokratik Partiyanın (LDP) üzvü Haruyasu Tateişinin dəvəti ilə Azərbaycanın bu ölkədəki səfiri Gürsel İsmayılzadə “Citizens School” beyin mərkəzində ölkəmiz barədə təqdimatla çıxış edib.
H.Tateişinin təsisçisi olduğu “Citizens School” beyin mərkəzində G.İsmayılzadə çıxış edən ilk əcnəbi səfir olub.
Tədbirdə Yaponiya parlamentinin üzvləri, iş adamları və Tokio ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
G.İsmayılzadə təbdir iştirakçılarını 2020-ci il Yay Olimpiya Oyunlarının Tokioda keçirilməsi münasibətilə təbrik edib. Səfir bu Olimpiya Oyunlarının keçiriləcəyi namizəd şəhərlər siyahısında Azərbaycanın paytaxtı Bakının da olması barədə məlumat verib, 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyini diqqətə çatdırıb. Səfir, həmçinin UNESCO-nun Bakıda keçirilmiş beynəlxalq konfransında yapon milli mətbəxi “Vaşoku”nun bu təşkilatın qeyri-maddi mədəni irs siyahısına salınması münasibətilə də təbriklərini çatdırıb.
Sonra Azərbaycan, onun tarixi, ölkə rəhbərliyinin daxili və xarici siyasəti, respublikamızın son illər əldə etdiyi iqtisadi uğurlar, həyata keçirilmiş islahatlar barədə ətraflı məlumat verilib. Səfir ölkə rəhbərliyi tərəfindən görülmüş işlər nəticəsində Azərbaycanın sabit siyasi sistemə malik demokratik dövlətə çevrildiyini bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində son illər ümumi daxili məhsulun bir neçə dəfə artmasından, ölkəyə sərmayə qoyuluşu üçün əlverişli mühit yaradılmasından bəhs olunub.
G.İsmayılzadə 2013-cü il oktyabrında Azərbaycanda keçirilmiş prezident seçkiləri haqqında tədbir iştirakçılarını məlumatlandırmış, seçkilərinin azad, ədalətli və şəffaf, beynəlxalq təşkilatlar və müstəqil müşahidəçilərin də qeyd etdikləri kimi, qanun pozuntusu olmadan, demokratik şəkildə keçirildiyini, Azərbaycan xalqının səsvermə prosesində fəal iştirak etdiyini və texniki təminatın yüksək səviyyədə olduğunu bildirib.
`Azərbaycanın coğrafi mövqeyinin ölkənin tarixinə və xarici siyasət istiqamətlərinin formallaşmasına təsiri barədə məlumat verən diplomat regional sabitliyin əsasında bölgə dövlətləri arasında qarşılıqlı faydalı münasibətlərin dayandığını bildirib. Bu xüsusda, Azərbaycanın öz qonşuları Gürcüstan və Türkiyə ilə əlaqələrinin nümunəvi olduğu qeyd edilib. Regionun hərtərəfli inkişafında əsas maneənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğu bildirilib, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi haqda məlumat verilib. Münaqişənin tarixi, səbəbləri və danışıqlar prosesinin hazırkı durumuna toxunan səfir problemin həllində ölkəmizin tutduğu ədalətli mövqe barədə də iştirakçıları məlumatlandırıb. Bildirilib ki, Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi nəticəsində bu dövlət regional inteqrasiya proseslərindən tamamilə kənarda qalıb.
Sonra Qərb ilə Şərqin kəsişməsində yerləşən Azərbaycanın siyasi və strateji üstünlükləri barədə məlumat verilmiş, ölkəmizin yalnız əlverişli nəqliyyat dəhlizi deyil, həmçinin mədəniyyətlərarası dialoqda vacib rol oynayan bir dövlət kimi tanındığı bildirilib. Azərbaycanın tolerantlıq nümunəsi olduğu, müxtəlif mədəniyyətlərin, dini konfessiyaların dinc yanaşı yaşadığı məkana çevrildiyi qeyd edilib.
Azərbaycanın son illər təkcə regionda deyil, həm də beynəlxalq aləmdə nüfuzunun artdığını vurğulayan səfir ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rolu vurğulayıb. Azərbaycanın həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft və qaz, eləcə də TAP layihələri barədə ətraflı məlumat verilib. Hazırda enerji sahəsində prioritetin təbii qazın nəqli olduğunu bildirən səfir Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolundan danışıb. Yaponiyanın “Itochu” və “İnpex” şirkətlərinin də Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin iştirakçıları olduğu bildirilib.
Bununla yanaşı, Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirdiyi vurğulanıb, sənaye, turizm, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji mənbələri sahələrində geniş imkanların mövcud olduğu bildirilib.
Təqdimatda Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində özünü doğrultduğu diqqətə çatdırılıb, ölkəmizin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin bunun bariz nümunəsi olduğu vurğulanıb.
Səfir Azərbaycan-Yaponiya əlaqələri barədə ətraflı məlumat vermiş, iki dost ölkə arasında əməkdaşlığın inkişafından məmnunluğunu bildirib.
Azərbaycanın müstəqilliyinin bərpası və ərazi bütövlüyünün qorunması uğrunda xalqın mübarizəsindən danışan diplomat 20 Yanvar faciəsi və Xocalı soyqırımı haqqında da məlumat verib. G.İsmayılzadə Qanlı Yanvarın Azərbaycanda hər il ümumxalq hüzn günü kimi qeyd edildiyini bildirib. 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliamın insanlığa qarşı törədilmiş ağır cinayətlərdən biri kimi xalqımızın qan yaddaşına yazıldığı qeyd edilib. Bildirilib ki, 20 Yanvar Azərbaycan tarixinin həm də qəhrəmanlıq səhifəsi, xalqımızın azadlıq uğrunda mübarizə əzminin və yenilməz iradəsinin rəmzidir.
Daha sonra erməni işğalçıları və sovet ordusunun 366-cı motoatıcı alayının Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş soyqırımı haqqında danışılıb. Bu kütləvi qırğın zamanı qocalar, uşaqlar, qadınlar da daxil olmaqla 613 dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin şikəst edildiyi, 1275 insanın əsir götürülərək ağlasığmaz zülmə və həqarətlərə məruz qaldığı, 150 nəfərin taleyinin isə hələ də məlum olmadığı qeyd edilib. Səfir Xocalıda erməni cəlladları tərəfindən törədilənlərin yalnız Azərbaycan xalqına qarşı soyqırımı deyil, həm də bəşəriyyət, insanlıq əleyhinə qanlı cinayət olduğunu söyləyib.
G.İsmayılzadə iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Tədbirin sonunda çıxış edən Haruyasu Tateişi Azərbaycanın son illər əldə etdiyi uğurlardan məlumatlı olduqlarını bildirib, Yaponiya siyasətçilərinin, xüsusilə Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvlərinin ölkəmizin nailiyyətlərinə sevindiklərini vurğulayıb. O, Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlığın əhəmiyyətindən danışmış, yaranmış şəraitdən faydalanmağın, bu dost ölkə ilə əlaqələri inkişaf etdirməyin önəmini vurğulayıb.
Tədbirdə iştirakçılara yapon dilində nəşr edilmiş “İRS-İsan” jurnalının dördüncü buraxılışı paylanıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq
24.09.2018
“Uşaqlar bizim gələcəyimizdir“
24.09.2018
Gömrük sistemi hərtərəfli dövlət dəstəyi ilə təmin olunub
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info