Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində informasiya texnologiyalarının tətbiqi sahəsində mühüm tədbirlər həyata keçirilir.
Məlumata görə, hazırda muxtar respublikanın bütün təhsil müəssisələrində ən müasir kompyuter avadanlıqlarından istifadə olunur.
Muxtar respublikanın ümumtəhsil məktəblərində 3409 dəst kompyuter quraşdırılıb, hər 13 şagird bir dəst kompyuterlə təmin olunub. İstifadədə olan 3409 dəst kompyuterin 2849-u və ya 83,6%-i internetə qoşulub. Muxtar respublikanın ümumtəhsil məktəblərində təhsilin daha keyfiyyətlə aparılması məqsədilə 548 elektron lövhə quraşdırılıb.
Tural
|