Babək prospekti yenidən qurulacaq
Tarix: 31.01.2014 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC 2014-cü ilin sonunadək Heydər Əliyev prospekti ilə paralel yerləşən və Bakıdakı yeni Olimpiya stadionuna aparan yolun bir hissəsinin tikintisinin başa çatdırmağı planlaşdırır. Bu barədə jurnalistlərə ASC-nin rəhbəri Cavid Qurbanov bildirib. Onun sözlərinə görə, eləcə də Heydər Əliyev prospektində tikilən yeni yeraltı tunelin köməyi ilə çıxışın mümkün olacağı yolun Olimpiya stadionundan "Şəfa" stadionuna qədər hissəsinin tikintisinin də tamamlanması planlaşdırılır. Yeni yolun "Şəfa" stadionundan "Gənclik" metrostansiyasına qədər olan yerdə qalan hissəsinin tikintisinin daha sonrakı müddətdə tamamlanacağı planlaşdırılır ki, bu da köçürülməsi zaman tələb edən çoxlu sayda tikili və kommunikasiyaların olması ilə izah edilir. Yeni yol Bakıda Heydər Əliyev prospektini boşaltmağa imkan verəcək, həmçinin paytaxtın mərkəzindən yeni stadiona tıxacsız gedişi mümkün edəcək.
C.Qurbanov onu da bildirib ki, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC yaxın bir ay - ay yarım ərzində Bakıda Babək prospektinin yenidən qurulmasına başlamağı planlaşdırır. Onun sözlərinə görə, prospektdə yenidənqurma işlərinə qış mövsümünün başa çatmasından sonra başlamaq planlaşdırılır. C.Qurbanov bildirib ki, prospektin yenidən qurulması layihəsinin müddəti haqqında danışmaq çətindir, çünki burada görüləsi işlər çoxdur. ASC rəhbərinin sözlərinə görə, yenidənqurma çərçivəsində prospektdə avtonəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Türkiyə Xəzər hövzəsindən enerji ehtiyatlarının dünya bazarlarına tədarükündə maraqlıdır
20.04.2019
Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb
20.04.2019
Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər
20.04.2019
Azərbaycan neftinin qiyməti bahalaşıb
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info