“Dəniz limanları haqqında” qanun layihəsi müzakirə olunub
Tarix: 31.01.2014 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Məclisinin İqtisadi siyasət Komitəsinin növbəti iclası keçirilib. İclasda «Dəniz limanları haqqında» qanun layihəsinin müzakirəsi aparılıb.
Müzakirələr zamanı çıxış edən komitə sədri Ziyad Səmədzadə bu qanun layihəsini olduqca vacib və spesifik adlandırıb. O bildirib ki, son zamanlar Bakıda və ölkənin digər bölgələrində yeni limanlar tikilir: «Bu qanun layihəsinin qəbulu Azərbaycanın Xəzər dənizində digər ölkələrlə liman əlaqələrinin genişlənməsinə və inkişafına olduqca böyük töhfə verəcək».
Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəis müavini Ehtiram Rəhimov isə qeyd edib ki, yeni qanun ölkənin dəniz limanlarında ticarət gəmiçiliyində yaranan münasibətləri tənzimləyəcək. Onun sözlərinə görə, qanun limanların inşası, açılması, bağlanılması, onlarda fəaliyyətin həyata keçirilməsi, habelə dəniz limanlarında fəaliyyətin dövlət tərəfindən tənzimlənməsinin əsaslarını müəyyən edir.
E.Rəhimov deyib ki, dəniz limanları haqqında qanunu ölkənin konstitusiyasına, beynəlxalq hüququn prinsip və normalarına, Azərbaycanın tərəf çıxdığı beynəlxalq müqavilələrə, Azərbaycan Ticarət Gəmiçiliyi Məcəlləsinə və ölkənin digər qanunlarına və normativ-hüquqi aktlarına zidd olmamalıdır: «Bu qanun xüsusi ərazidə və akvatoriyada yerləşən və ticarət gəmiçiliyi məqsədi ilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, yüklərlə əməliyyatların aparılması və dəniz limanlarında həyata keçirilən digər xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub».
Qanun layihəsi limanın bağlanılmasına, limanda fəaliyyətin dövlət tənzimlənməsinə, limanın sərhədləri, inşası və genişləndirilməsi, yükün aşırılması müqavilələri, liman kapitanının statusu, liman üzrə məcburi qaydaları, yüklərin qəbul edilməsi və təhvil verilməsi xüsusiyyətləri, yüklərin limandan çıxarılmasını təmin edilməsi, yüklərin saxlanılması hüququnu ehtiva edir.
E.Rəhimov vurğulayıb ki, qanun həmçinin limanın infrastruktur obyektlərinin sahiblərinə dair əsas tələbləri, limanda xidmətlərin göstərilməsi qaydaları, maliyyələşdirmə məsələlərini əks etdirir.
Sonda qanun layihəsi komitənin üzvləri tərəfindən parlamentin plenar iclasına çıxarılması tövsiyə edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info