Məhkəmə sədrləri Strasburqa səfər ediblər
Tarix: 31.01.2014 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Ali Məhkəmənin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti 2014-cü il yanvarın 31-də Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) 2014-cü il üzrə ənənəvi "Məhkəmə ili"nin rəsmi açılışında iştirak etmək üçün Strasburqa səfər ediblər.
"Məhkəmə ili"nin rəsmi açılışı münasibətilə Avropa məhkəmə sistemini təmsil edən mütəxəssislərin iştirakı ilə seminar da təşkil ediləcək. Seminar "Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsi: birgə məhkəmə məsuliyyəti" mövzusuna həsr olunacaq. Yerli vaxtla saat 14:15-də başlayacaq seminar saat 18:15-də "Məhkəmə ili"nin rəsmi açılışı mərasimi ilə davam edəcək.
Açılış mərasimində AİHM-nin sədri Din Şpilman (Dean Spielmann) və Almaniya Federal Konstitusiya Məhkəməsinin sədri Andreas Fobkule (Andreas Vobkuhle) məhkəmə sistemi, eləcə də yerli və milli hakimiyyət orqanları nümayəndələrindən ibarət 300 nəfərdən çox auditoriya qarşısında çıxış edəcəklər.
Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmiləri ilə görüşlərinin nəzərdə tutulub-tutulmaması ilə bağlı hər hansı məlumat verilmir.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info