Azərbaycanın GİMŞ-yə üzv seçilməsi gənclər siyasəti üçün yeni imkanlar açır
Tarix: 31.01.2014 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilaları Milli Şurasının baş katibi Seymur Hüseynov 28 – 31 yanvar 2014-cü il tarixlərində Strasburq şəhərində Avropa Şurasının Gənclərlə İş üzrə Məşvərət Şurasının iclasında iştirak edib. Bildirək ki, ARGTMŞ baş katibi iclasda Azərbaycanla yanaşı, bütün Qafqaz və Şərqi Avropa ölkələri adından çıxış edib. Onun sözlərinə görə, Azərbaycanın Gənclərlə İş üzrə Məşvərət Şurasına üzv seçilməsi ölkədə aparılan gənclər siyasəti üçün yeni qapılar və imkanlar açır: “Əsas vəzifəmiz Avropada, Azərbaycan gənclər siyasətinin və Azərbaycan gənclərinin maraqlarının təmin edilməsidir. Mandatımız çərçivəsində gənclərlə bağlı bir sıra ümumavropa səviyyəli tədbirlərin məhz Azərbaycanda keçirilməsinə nail olmağa çalışacayıq”. Qeyd edək ki, iclasın əsas məqsədi AŞ Məşvərət Şurasının yeni üzvləri ilə tanış olmaq, həmçinin yeni üzvlərə Avropa Şurasının qərarvermə qanunlarını təqdim etmək, və Məşvərət Şurasının hazırkı üzvləri ilə birgə növbəti illərlə bağlı prioritet məsələlərin müzakirə edilməsidir. Ümumilikdə Məşvərət Şurası Avropa Gənclər Forumu və Avropa Şurasını arasında “körpü” funksiyasını həyata keçirən qurumdur. 2013-cü ilin aprel ayında Məşvərət Şurasının üzvü seçilən ARGTMŞ 2014-cü ilin yanvar ayından etibarən Avropa Şurasının gənclər sektoruna aid olan bütün məsələlərində, qərarvermə prosesində fəal iştirak etməyə başlayıb, həmçinin gənclər sektoruna dair proqramların hazırlanması, nəzarət edilməsi məsələlərində mühüm rola malik olacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17.07.2019
“İrəli“ gəncləri Azərbaycan mədəniyyətini beynəlxalq layihədə təmsil ediblər
17.07.2019
Azərbaycan İlahiyat İnstitutu media nümayəndələrini mükafatlandırıb
17.07.2019
“Loqos” da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib
16.07.2019
Gədəbəy rayonunda ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10829

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info