Mətbuat Şurasında “Bir kərə yüksələn bayraq” sənədli filminin təqdimatı keçirilib
Tarix: 31.01.2014 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Mətbuat Şurasında Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəyə həsr olunmuş “Bir kərə yüksələn bayraq” sənədli filminin təqdimatı keçirilib.
Yarım saatlıq ekran əsərində M.Ə.Rəsulzadə irsinin görkəmli tədqiqatçısı, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Şirməmməd Hüseynovun elmi araşdırmalarına istinad olunub. Şura sədri Əflatun Amaşov bildirib ki, 31 yanvar 2014-cü il tarixdə 130 yaşı tamam olan M.Ə.Rəsulzadənin çoxşaxəli fəaliyyətində jurnalistika mühüm yer tutub. Ə.Amaşov əlavə edib ki, Azərbaycan Prezidentinin sərəncamı çərçivəsində respublikamızın müxtəlif bölgələrində görkəmli şəxsiyyətin həyat və yaradıcılığına həsr olunmuş tədbirlər keçirilir. Mətbuat Şurasının hazırladığı film də bunlardan biridir. MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, M.Ə.Rəsulzadənin yaradıcılığının Azərbaycan ictimaiyyətinə az məlum olan hissəsi onun mühacirətdəki fəaliyyətidir: “Həmin dövrün çatdırılmasına da ehtiyac böyükdür. Çünki məhz mühacirət illərində yazdığı əsərlər Rəsulzadəni Azərbaycan miqyasından çıxararaq onu ümumdünya humanitar mədəniyyətinin tərkib hissəsinə çevirib. Hesab edirəm ki, görkəmli şəxsiyyətə bu rakusdan da qiymət vermək lazımdır”. MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Prezidentin sərəncamında deyildiyi kimi, Rəsulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimdir: “Görkəmli şəxsiyyətə həsr edilmiş sənədli filmin Mətbuat Şurası tərəfindən çəkilməsi isə onun irsində jurnalistikanın önəmini vurğulamaq nöqteyi-nəzərdən son dərəcə müstəsna hadisədir”. “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu qeyd edib ki, fikrinin, baxışlarının çatdırılmasında jurnalist rəngarəngliyi ilə də seçilən M.Ə.Rəsulzadə barədəki filmdə görkəmli tədqiqatçı Şirməmməd Hüseynovun elmi baxışlarına söykənilməsi ekran əsərinin uğurunu şərtləndirən amildir.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info