DSMF İnformasiya İdarəetmə Sistemində yeni funksionallar istifadəyə verilib
Tarix: 03.02.2014 | Saat: 14:49:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İnformasiya İdarəetmə Sistemində (İİS) rayon şöbələrinə aid olan hissəsi üzrə yeni funksionallar istifadəyə verilib. İKT İnformasiya Mərkəzindən qəzetimizə məlumat verilib ki, İnformasiya İdarəetmə Sistemi SİNAM şirkəti tərəfindən yaradılıb.
Burada “Fərdi uçot sektoru müfəttişinin avtomatlaşdırılmış iş yeri” sistemi vasitəsilə sığortaedənlərin öz sığortaolunanları üzrə il ərzində ödənilmiş MDSS haqları barədə məlumatları toplanılaraq emal edilməsi proqram kompleksi təkmilləşdirilib. Sığortaolunanların 2006-cı ilə qədərki ümumi stajlarının sığortaedən səviyyəsində yığılaraq DSMF rayon şöbələri vasitəsilə Mərkəzi verilənlər bazasında toplanır.
“Gəlirlər sektoru müfəttişinin avtomatlaşdırılmış iş yeri” sistemi vasitəsilə isə sığortaedənlərin MDSS haqlarının ödənilməsi barədə maliyyə hesabatlarının qəbulu və emalı üçün proqram təminatı hazırlanacaq. Bu emalın nəticələri əsasında müxtəlif istiqamətlərdə təhlillər və yekun hesabatların alınacaq.
Emal nəticələrinin “Sığortaedənlərin maliyyə hesabatlarının mərkəzi emal sistemi”nə daxil edilmək üçün mərkəzə ötürüləcək.
Bu altsistemlərdən əlavə son dövrdə DSMF İİS-nin tərkibində MDSS üzrə hesabatların (B1, B2 formaları) və MDSS haqları üzrə sığortaolunanlar üzrə məlumatların (B3 forması) elektron formada hazırlanması və İnternet üzərindən DSMF-nin müvafiq qurumlarına çatdırılması üçün yeni “e-DSMF” sistemi də yaradılıb və təkmilləşdirilib.
Sığortaedənlə DSMF arasında elektron sənəd mübadiləsi aşağıdakı mərhələlər üzrə həyata keçirilir: “Elektron sənəd mübadiləsinə dair ərizə formasının doldurulması; Sığortaedənlərə DSMF-dəki yeni uçot nömrəsinin, istifadəçi kodu, parol və şifrənin verilməsi; Proqram təminatının (B1Editor, B2Editor, B3Editor) DSMF portalı vasitəsilə əldə edilməsi”.
Qeyd edək ki DSMF-nin İnformasiya İdarəetmə Sisteminin mərkəzi aparata aid olan bloku üç hissədən ibarətdir: fərdi uçot və fərdi şəxsi hesablar sistemi; sığortaedənlərin mərkəzi qeydiyyat sistemi; sığortaedənlərin maliyyə hesabatlarının mərkəzi emal sistemi.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info