Çində ulu öndərin 90 illik yubiley tədbirlərinin materialları kitab şəklində nəşr olunub
Tarix: 03.02.2014 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Ulu öndər Heydər Əliyevin Çin Xalq Respublikasında (ÇXR) keçirilmiş 90 illik yubiley tədbirlərinin materialları kitab şəklində nəşr olunub.
Azərbaycanın Pekindəki səfirliyinin nəşr etdirdiyi kitabda görkəmli dövlət xadimi Heydər Əliyevin tərcümeyi-halı, ötən ilin mayında Çin İctimai Elmlər Akademiyasının nəzdindəki Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş konfransın, dekabrda Pekində yazıçılar Hüseynbala Mirələmovun və Viktor Andriyanovun “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabının Çin dilində nəşrinin təqdimat mərasiminin materialları əksini tapıb. Buraya hər iki tədbirdəki çıxışlarının mətnləri, konfransın və təqdimat mərasiminin gündəliyi, Çin mətbuatında – Sinxua agentliyində, rəsmi “Jenmin Jibao” qəzetində, Çin Beynəlxalq Radiosunda, “Китай” jurnalında mövzu ilə bağlı verilmiş xəbərlər, habelə Ümummilli Liderin yubileyinə həsr olunan foto və rəsm müsabiqəsinə aid materiallar daxildir.
Ulu öndərin Çin Xalq Respublikasına səfərinin 20 illiyi ərəfəsində hazır olan nəşr həmin tarixi səfərə, habelə ümummilli liderin Çin ilə bağlı tədbirlərdə iştirakına aid fotoşəkillərlə zəngindir.
Redaktoru Azərbaycanın ÇXR-dəki səfiri Lətif Qəndilov olan nəşrin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyi – AzərTAc-ın və “Jenmin Jibao”nun fotomateriallarından istifadə olunub.
Nəşr Azərbaycan-Çin münasibətlərinin tarixini və ulu öndərin iki ölkə arasında münasibətlərin inkişafındakı xidmətləri öyrənmək baxımından sanballı mənbədir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
25.09.2018
“Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info