“Hər kağızı bir yarpağa dəyişək”
Tarix: 03.02.2014 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


“IDEA” (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin, “ASAN xidmət” və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə “Hər kağızı bir yarpağa dəyişək” adlı müştərək layihəyə start verilib.
“Palitra”nın məlumatına görə, layihə çərçivəsində dövlət qurumları, özəl təşkilatlar və ya sadə vətəndaşlar istifadə olunmuş kağızları Bakı şəhərindəki “ASAN xidmət” mərkəzlərinin qarşısında quraşdırılacaq məntəqələrə təhvil verəcəklər. Bura gətirilən kağızlar xüsusi konteynerlərdə toplanılacaq və onların qeydiyyatı aparılacaq. Təhvil verilən hər 50 kq kağız qarşılığında bir ədəd ağac alınacaq. Ağaclar kağız təhvil verən qurumların iştirakı ilə Bakı şəhəri ərazisində əkiləcək.
Layihənin həyata keçirilməsində əsas məqsəd cəmiyyətin ekoloji problemlərlə mübarizədə bütün təbəqələrinin iştirakını təmin etmək və onları bu işə cəlb etmək, real ekoloji layihələr vasitəsilə insanlar arasında maarifləndirmə işini effektiv şəkildə artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədilə tullantıların düzgün istifadəsini təşkil etməkdir.
İstifadə olunmuş kağızların qəbulu işinə 2014-cü il fevralın 3-dən etibarən başlanacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info