Gənclərimiz beynəlxalq tədbirdə fəal iştiraklarına görə təltif olunublar
Tarix: 03.02.2014 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri “Avrasiya Birliyi” təşkilatı tərəfindən “Gənclərin inkişafı və fəaliyyəti” mövzusunda keçirilən dəyirmi masada iştirak ediblər.
ATGTİ-dən bildiriblər ki, 10-dan artıq ölkənin təmsilçilərinin iştirak etdikləri tədbir Moskva Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə keçirilib. Ölkəmizi bu tədbirdə Azərbaycan Dövlət Neft Akademiyasının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Nurxan Babayev və Orxan Əzizov təmsil ediblər.
Tədbir çərçivəsində fəaliyyətinə görə seçilmiş 7 iştirakçı MDU-nun rektoru tərəfindən “MDB ölkələrinin elm, təhsil və gənclərlə əlaqələrə verdiyi töhfəyə görə” fəxri fərmanı ilə təltif olunub. Təltif olunanlar arasında yer alan təmsilçimiz Nurxan Babayev “Avrasiya Birliyi” təşkilatının Azərbaycan nümayəndəliyinə üzv seçilib.
Yanvarın 26-da MDU-nun yaradılmasının 259 illiyi qeyd olunub.
Mərasimdə təmsilçilərimizin fəal iştirakına görə ATGTİ-nin sədri Şahin İsmayılova xüsusi təşəkkürnamə göndərilib.




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı olub
18.02.2019
Əfqanıstan müharibəsinin azərbaycanlı iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub
18.02.2019
DGKA-nın tələbələri müxtəlif dövlət qurumlarında təcrübə keçəcəklər
18.02.2019
“ABAD“ “Uğur-2018“ Milli mükafatına layiq görülüb
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info