“The Telegraph”: “Asiyada qızılın “dəlicəsinə” alınması prosesi gedir”
Tarix: 03.02.2014 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Qızıl külçələri İsveçrədəki anbarlardan Şərqə doğru yerini dəyişməyə başlayıb

“London qiymətli metallar assosiasiyası”nın (LBMA) hesablamalarına görə, cari il ərzində qızılın orta qiyməti təxminən unsiya üçün 1219 dollar təşkil edəcək. İl ərzində qızılın qiymətinin 1067 dollarla 1379 dolar arasında dəyişəcəyi proqnozlaşdırılır. Bu haqda məlumat verən “The Telegraph” yazır ki, qızılın qiymətindəki artım son 12 ildə ilk dəfə ötən il dayanıb. Belə ki, 2013-cü ilin sonunda qızılın unsiyasının qiyməti ilin əvvəli ilə müqayisədə 28 faiz azalaraq 1202 dollar təşkil edib. Bəzi ekspertlər cari il ərzində qızılın qiymətinin 100 dollara qədər düşə biləcəyini ehtimal edirlər. Amma bir çox ekspertlər belə bədbin proqnozu bölüşmürlər. “Dundee Capital Market” hesab edir ki, bu il içində qızılın unsiyasının maksimal qiyməti 1550 dollar, minimum qiyməti isə 1075 dollar təşkil edəcək. “Société Générale” qrupunun ekspertləri hesab edir ki, investorlar bu il qızılı yatırım etməyəcək, əksinə əllərində olanı da satacağından qiymətin 950 dollara düşməsi də mümkündür. LBMA ekspertləri düşünür ki, dünya maliyyə böhranının zəifləməsi dolların kursunun möhkəmlənməsinə səbəb olub ki, bu da öz növbəsində qızılın qiymətinə təsirsiz ötüşməyəcək. Amma Hindistanın idxal rüsumlarını azaltması və Çinin qızıla olan tələbatının artması qiyməti yüksəldə bilər. Ekspertlər investorlara ehtiyatlı olmağı məsləhət görürlər. Belə ki, ötən il üçün qızılın orta qiymətinin 1753 dollar olacağı proqnozlaşdırılsa da, qiymət 20 faiz aşağı olaraq 1411 dollar səviyyəsində qeydə alındı. “The Telegraph” yazır ki, ötən il Çin Hindistanı üstələyərək nəhəng qızıl alıcısına çevrilib. Ümumiyyətlə, Çin mis, alüminium kimi sənaye məhsullarının istehlakına görə dünyada birinci yerə çıxıb. Qeyd edilir ki, ötən il Avropa və Mərkəzi Amerika üçün qızıl cəlbediciliyini itirib. 2013-cü ildə qərbli investorlar birja indeks fondlarını investisiyadan qurtulmağa çalışıblar ki, bu da qızıl ehtiyatının 880 ton azalmasına səbəb olub. Eyni vaxtda Asiyada qızılın “dəlicəsinə” alınması prosesi gedir. Nəticədə qızıl külçələri İsveçrədəki anbarlardan Şərqə doğru yerini dəyişməyə başlayıb. Ekspertlər bu prosesi qızılın tarixi ərzində nə böyük yerdəyişmə kimi xarakterizə edirlər. Ötən il Çin bazarında 724 ton qızıl satılıb. 2013-cü ildə təkcə Çinin Hençjen şəhərində 200 qızıl salonu açılıb. Çinin Mərkəzi Bankının qızıl ehtiyatı 2009-cu ildə 1054 ton olub.

Anar




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Türkiyə və Rusiya prezidentləri yenidən görüşəcək
17.02.2019
İğdırda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək
17.02.2019
İranın Kosmik Araşdırmalar İnstitutunda baş verən yanğın nəticəsində üç nəfər həlak olub
17.02.2019
Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
16.02.2019
Misirdə terror aktı nəticəsində ən azı 15 əsgər həlak olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info