ABŞ “Manas”ı Rumıniya ilə əvəzləyir
Tarix: 03.02.2014 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


Bişkekin CA-NEWS informasiya agentliyinin məlumatına görə, Qırğızıstanın “Manas” beynəlxalq aeroportunda məskunlaşmış ABŞ Tranzit Daşımaları Mərkəzinin (TDM) fevral ayında Rumıniyadakı “Mixail Koqalniseanu” aviabazasına köçürülməsinə başlanacaq.
Xəbərdə deyilir ki, Rumıniyadakı TDM nisbətən kiçik olacaq və hərbçilərin sayı azaldılacaq. Belə ki, Qırğızıstandakı mərkəzdə bir qayda olaraq 1400 hərbçi, 200-dən artıq mülki vətəndaş fəaliyyət göstərirdisə, indi şəxsi heyətin sayı 400-dən artıq olmayacaq. Onlar əsasən ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması ilə məşğul olacaqlar. 2014-cü il ərzində qəbul edilmiş qərardan asılı olaraq, 20-30 min hərbçinin ABŞ-a göndərilməsi nəzərdə tutulur.
Agentlik bildirir ki, Rumıniya tərəfi TDM-in yerləşdirilməsi müqabilində Amerikadan yanacaq alacaq. Xatırladaq ki, Qırğızıstan parlamenti və hökuməti ABŞ-ın “Manas” aeroportundakı Tranzit Daşımaları Mərkəzinə dair sazişin ləğv olunması haqqında qanun layihəsini təsdiq edib və Qırğızıstan prezidenti sənədi imzalayıb.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Malinin baş naziri və hökuməti istefa verib
19.04.2019
Londonda mitinq zamanı 400 nəfər həbs edilib
19.04.2019
Notr-Dam kilsəsində alışmaya səbəb qısa qapanma olduğu ehtimal olunur
19.04.2019
Avropa Parlamentinin Çinə çağırışı
18.04.2019
ABŞ-ın baş prokuroru Trampın Rusiya ilə əlbir olmadığını rəsmən bəyan edib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info