Fransada eynicinsli nikahlara qarşı kütləvi aksiyalar
Tarix: 04.02.2014 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Fransanın "Russkaya slujba RFI" media orqanı Parisdə eynicinsli nikahlara qarşı olan etirazlardan yazıb. Qəzet qeyd edir ki, 80 mindən 500 minədək insan Paris küçələrinə çıxaraq eynicinsli nikahlara qarşı etirazlarını bildiriblər: “Fevralın 2-də 500 min nəfərdən çox insan Parisə çıxaraq 8 ay öncə bircinsli nikahların leqallaşdırılmasını nəzərdə tutan qanunun qəbul edilməsinə qarşı etirazlarını ifadə ediblər.
Bu barədə aksiyanın təşkilatçıları bildiriblər. Polisin məlumatlarına görə, Fransa paytaxtındakı yürüşdə 80 min nəfər iştirak edib. Lionda isə polis 20 min etirazçı olduğunu hesablayıb. Nümayişçilər isə 40 min nümayişçinin olduğunu bildiriblər.
Parisdə və Liondakı aksiyalar vətəndaş hərəkatı olan “Manifestasiya hamı üçün” tərəfindən təşkil olunub. Bu hərəkatın çağırışı ilə aksiyaçılar toplaşaraq yürüş keçiriblər. “Parizyen” nəşrinin verdiyi məlumata görə, nümayişçilərin kolonu 6 kilometr uzunluğunda uzanıb. Daha öncədən də aksiya təşkilatçıları bəyan ediblərmiş ki, Fransa paytaxtında on minlərlə adam toplaşacaq.
O da bildirilir ki, polis Parisdə ultrasağ “Müdafiə İttifaqı qrupu“nun 12 tələbə-fəalını saxlayıb. Bunlar nümayişçilərə qoşulmaq istəyənlər olub.
Fransa hökuməti nümayişlərin radikallaşması cəhdlərinə kəskin reaksiya verib. Daha öncədən ekstremistlərə ehtiyatlı olmalarının lazım gəldiyi ilə bağlı ölkə prezidenti və Daxili İşlər Nazirliyi də müraciət edib. Bir həftə öncə prezident Ollanda qarşı etiraz aksiyası sağ radikalların polislə toqquşmasına gətirib çıxarıb. Hüquq-mühafizə orqanlarının 19 əməkdaşı yaralanıb, 226 insan isə saxlanılıb. “Parizyen” nəşrinin bildirdiyinə görə, bir neçə demonstrant Parisdə Ukrayna bayraqları ilə addımlayır, Danfer meydanında isə yürüşün sonunda Ukraynadakı mitinq iştirakçılarının şərəfinə fikir bildiriblər.
İlkin




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Suriyada partlayış baş verib, ölənlər və yaralananlar var
24.04.2019
Cәnubi Afrikada daşqınlar 37 nәfәrin hәyatına son qoyub
24.04.2019
“İnterpol”un eks-rəhbəri barədə həbs qərarı verildi
24.04.2019
Türkiyə XİN: Trampın 1915-ci il hadisələri ilə bağlı açıqlamasını rədd edirik
23.04.2019
Şri-Lanka hadisələrini DAEŞ boynuna götürdü, amma...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info