“Armenia Today”: “Ermənistanın dövlət borcu 4,6 milyard dollara çatıb”
Tarix: 04.02.2014 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


2013-cü ilin sonuna olan məlumata görə Ermənistanın dövlət borcu 4,6 milyard dollar təşkil edib. Bu haqda “Armenia Today” Milli Statistika Xilmətinə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, 2012-ci ilin rəqəmləri ilə müqayisədə ötən il dövlət borcu 216,4 milyon dollar artıb. Dövlət borcunun əsas hissəsini xarici borc təşkil edir. Belə ki, ümumi dövlət borcunun içində xarici borc 3,9 milyard dollardır. Bir il ərzində xarici borcun məbləğində 164,7 milyon dollarlıq artım olub. Xarici borcun 3,4 milyard dolları hökumətə, 508,2 milyon dolları isə Mərkəzi Banka məxsusdur.
Daxili borc bir il içində 51,7 milyon dollardan bir qədər çox artaraq 684,7 milyona çatıb. Daxili borcun içində dövlət istiqrazı 674,3 milyon dollar, kommersiya kreditləri isə 8 milyon dollar təşkil edir. Dövlət borcunun artmasını dəyərləndirən ekspert Qalust Qriqoryan rəsmi rəqəmlərin ölkə iqtisadiyyatının nə qədər ağır vəziyyətdə olduğunu təsdiqlədiyini bildirib: “İl yeni başlasa da bir-birinin ardınca bəd xəbərlər almaqdayıq. İndi bizə deyilər ki, hökumət ən yaralı yerimiz olan miqrasiyaya qarşı effektiv mübarizə forması həyata keçirəcək. Yəqin ki, bizim hakimiyyət yenə də ölkəmizi alver predmetinə çevirəcək. “Global Financial Integrity”in açıqladığı hesabata əsasən, təkcə 2011-ci ildə Ermənistandan qeyri-leqal yolla 1 milyard 163 milyon dollar çıxarılıb. Təxminən dövlət borcunun yarısı qədər pulu 6 ay ərzində gizli yolla ölkədən çıxarıblar. Təkcə 6 ay ərzində ölkədən bu qədər məbləğdə pulu oğurlayıblarsa, gör bir il ərzində qeydə alınan rəqəmlər nədər qorxuncdur. Həmin mənbənin məlumatına görə, son 10 il ərzində Ermənistandan gizli yolla 6,2 milyard dollar çıxarılıb. Deməli, ölkənin xarici borcundan iki dəfə çox pulu ölkədən gizli yolla çıxarıblar. Qalır bircə həmin pulları ölkədən çıxaranlardan dövlətin borcunu ödəməyi tələb etmək. Dövlətin bu qədər borcu olduğu halda bizim hakimiyyət təmsilçiləri kazinolarda milyon dollar uduzurlar. Xalqın hansı vəziyyət yaşaması Sərkisyan hakimiyyətinin vecinə deyil. Dünya Bankının hesablamalarına görə, 2014-2016-cı illər ərzində Rusiyada iqtisadi artım kəskin şəkildə aşağı düşəcək. Bu isə Rusiyadan asılı vəziyyətdə olan ölkələri, əsasən də Ermənistanı qarşıda daha ağır günlərin gözlədiyini təsdiqləyir. Bu vəziyyət nə Sərkisyanın, nə də onun oğru komandasının vecinə deyil. Onların bir məqsədi var - ölkəni talan etmək. Miqrasiyanın artması onlara sərf edir. Nə qədər az əhali olsa, bir o qədər problem az olar. Çünki belə olan halda daha az sayda adama maaş, pensiya verilir. Bunun əvəzində həmin pullar Sərkisyanın cibinə gedir. Onlar öz ciblərini doldurmaq üçün Ermənistanı alver predmetinə çevirməklə, dövlətin borcunu artırmaqla məşğuldurlar”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info