Bakıda səyyar “ASAN xidmət” fəaliyyətə başlayıb
Tarix: 04.02.2014 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi pilot layihə çərçivəsində Bakı şəhəri üzrə səyyar formada xidmətlərin həyata keçirilməsinə başlayıb. Bu barədə dövlət agentliyindən məlumat verilib.
Səyyar xidmət dedikdə şəxsin qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş aparılmaqla onun iş və yaxud yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və verilə bilər. Xidmətin əhatə dairəsi pilot layihə çərçivəsində Bakı şəhərinin Nərimanov rayonudur. Səyyar “ASAN xidmət” çərçivəsində göstərilən xidmətlər aşağıdakılardır: Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi; Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi; Sürücülük vəsiqələrinin dəyişdirilməsi; Məhkumluq barədə arayışların verilməsi; Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi; Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı; Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı. Səyyar “ASAN xidmət”in iş rejimi bazar ertəsi-şənbə günü saat 10:00-dan 19:00-dəkdir. Xidmətin sifarişi 108 nömrəli “Çağrı” mərkəzi vasitəsilə həyata keçirilir. İkitərəfli xidmət (sənədlərin qəbulu və hazır sənədin çatdırılması) haqqı 90 manat, birtərəfli xidmət haqqı (hazır sənədin çatdırılması) 50 manatdır. Nikahın qeydə alınması və təntənəli nikahın kəsilməsi 150 manat, təntənəli nikahın kəsilməsi 100 manatdır. Qeyd edilən sifarişin xidmət haqqına dövlət rüsumları, cərimələr və normativ hüquqi aktlarla müəyyən edilən xidmət haqları daxil deyil. Sosial həmrəyliyin təmin edilməsi məqsədilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər (tibbi-sosial ekspertiza komissiyasının arayışında göstərilməklə) və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info