Energetika naziri Avrasiya İqtisadiyyat yığıncağında iştirak edəcək
Tarix: 04.02.2014 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Energetika naziri Natiq Əliyev Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin «Yerli Qlobal İpək Yolunda iqtisadiyyatın və enerjinin gələcəyi» mövzusunda İstanbul şəhərində keçiriləcək XVII Avrasiya İqtisadiyyat yığıncağında iştirak edəcək.
Azərbaycan Energetika Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, mərasimdə energetika naziri N.Əliyev öz çıxışında Türkiyə-Azərbaycan əlaqələri və enerji sahəsində həyata keçirilən iri layihələr, o cümlədən «Şahdəniz-2», Cənub Qaz Kəmərinin genişlənməsi, TANAP, TAP, Azərbaycan-Gürcüstan-Türkiyə elektrik enerjisi xətlərinin birləşdirilməsi və digər məsələlər haqqında məlumat verəcək. Qeyd edək ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi 1985-ci ildə Türkiyədə yaradılıb. Ankarada ictimai qurum kimi fəaliyyət göstərən təşkilatın əsas məqsədi Türkiyədə və regionda baş verən siyasi, iqtisadi və mədəni proseslərin təhlil olunmasından, yeni qərar və layihələrin tətbiq edilməsindən ibarətdir. Öz sıralarında Türkiyənin nüfuzlu siyasət adamları, politoloqları, iqtisadçıları və məşhur analitikləri birləşdirən qurum mədəniyyətlərarası dialoqun təşkilinə, qlobal əməkdaşlığın genişləndirilməsinə, demokratiyanın inkişafına yardım edən layihələr hazırlayır. Qurum 2000-ci ildən BMT-nin ECOSOC, 2004-cü ildən isə UNESCO çərçivəsində fəaliyyət üçün müşahidəçi statusu alıb. Qurum Türkiyədə bir neçə dəfə ilin ən populyar qeyri-hökumət təşkilatı adına layiq görülüb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info