Komitə sədri İstanbulda elmi-praktik konfransda çıxış edib
Tarix: 04.02.2014 | Saat: 14:40:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Türkiyənin Fatih Sultan Mehmet Vakıf Universitetinin (FSMVU) Sivilizasiyaların Alyansı İnstitutunun dəvəti ilə dünən İstanbulda Sivilizasiyaların Alyansı ilə bağlı elmi-praktik konfransda çıxış edib. Bu haqda DQİDK-nın mətbuat xidmətindən qəzetimizə məlumat verilib.
Konfransda həmçinin BMT Sivilizasiyaların Alyansı uzrə Ali Nümayəndəsi cənab Nasir Abdulaziz Al-Nasser, Türkiyə Respublikası Baş nazirinin sivilizasiyaların alyansı üzrə baş müşaviri prof. Bekir Karlığa və Türkiyənin mədəniyyətlər və dinlər arası dialoq sahəsində fəaliyyət göstərən elm adamları iştirak ediblər.
Komitə sədri çıxışında müasir dünyada mədəniyyətlər və dinlərarası dialoq prosesinin vacibliyini vurğulayıb və sivilizasiyaların alyansı məfhumunu meydana gətirən zərurətlərə toxunub. Zəngin mədəni və tolerantlıq irsinə malik Azərbaycanın bu sahədəki pozitiv təcrübəsi haqda məlumat verən komitə sədri Azərbaycan dövlətinin BMT Sivilizasiyaların Alyansına yaxından dəstək verdiyini və bu sahədə ortaq layihələrin həyata keçirilməsində maraqlı olduğunu qeyd edib. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Azərbaycandakı müxtəlif dinləri təmsil edən icmaların fəaliyyətini daim diqqətdə saxladığını və Azərbaycandakı tolerantlıq mühitinin qorunması və həmçinin dünyada tanıdılması ilə bağlı göstərişlər verdiyini bildirən cənab İskəndərov XXI əsrdə bəşəriyyətin üzləşdiyi qlobal problemlər zəminində dini və mədəni dözümlülüyün tərənnüm olunmasının vacibliyini qeyd edib. Bu sahədə Azərbaycanın hətta bir çox Avropa ölkəsinə örnək ola biləcəyi vurğulanıb.
Sonda, cənab İskəndərov BMT Sivilizasıyaların Alyansı üzrə Ali Nümayəndəsi cənab Al-Nasserə və professor Bekir Karlığaya dinlər və mədəniyyətlər arası dialoqa verdikləri tövhə üçün Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun xüsusi plaketlərini təqdim edib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Ntv.com.tr”: “Azərbaycanda İlham Əliyevdən Novruz əfvi”
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir
18.03.2019
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında Memorandum imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info