San Fransiskoda Azərbaycana dair tədbir keçirilib
Tarix: 04.02.2014 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


ABŞ-ın beynəlxalq münasibətlər üzrə ixtisaslaşmış aparıcı təşkilatlarından hesab olunan “Qlobal Məsələlər Şurası”nın (World Affairs Council) San Fransisko bölməsində Azərbaycana həsr edilmiş tədbir keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən xəbərə görə, tədbir təşkilatçıları tərəfindən əsas qonaq qismində dəvət olunmuş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “Azərbaycan və Avrasiya məkanında dəyişən regional dinamika” mövzusunda çıxış edib.
Tədbir, sabiq amerikalı diplomat, Ağ Evin keçmiş əməkdaşı, hazırda isə Şevron Korporasiyasının siyasət üzrə aparıcı məsləhətçisi Cefri Kolins (Jeffrey Collins) tərəfindən idarə olunub. C.Kolins, Azərbaycanın müsəlman Şərqində ilk demokratik respublika olduğunu və ölkəmizin Şərqlə-Qərb arasında strateji coğrafiyada yerləşdiyini bildirib. Daha sonra o, Azərbaycanın öz enerji resurslarını dünya bazarına çıxaran ilk Xəzəryanı ölkə olduğunu söyləyib, bunun ölkənin dünya enerji bazarlarına inteqrasiyası baxımından əhəmiyyətli olduğunu göstərib. Ölkəmizin beynəlxalq və regional sülhün və sabitliyin qorunmasına verdiyi töhfələrdən danışan sabiq diplomat, Azərbaycanın regionda açar dövlət olduğunu, habelə Əfqanıstan və digər beynəlxalq sülhməramlı missiyalarda iştirak etdiyini xüsusilə vurğulayıb. Çıxışının sonunda C.Kolins Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub, bu münaqişənin hər iki tərəfdən indiyədək 30 000-dən çox insanın həyatına son qoyduğunu diqqətə çəkərək, tezliklə tərəflər arasında sülhün yaranacağına ümidini ifadə edib.
Daha sonra çıxış edən E.Süleymanov ölkəmizin yerləşdiyi geostrateji məkan barədə tədbir iştirakçılarını məlumatlandırıb. Azərbaycanda tarixən dini və etnik tolerantlılığın olduğundan danışan azərbaycanlı diplomat bu gün də müxtəlif dini inanclara malik insanların ölkəmizdə tam rahat yaşadıqlarını bildirib. Səfir E.Süleymanov Azərbaycanın beynəlxalq uğurlarının təkcə ölkəmizin yerləşdiyi coğrafi məkan və malik olduğu təbii sərvətlərlə deyil, ölkə rəhbərliyinin yürütdüyü praqmatik və uzaqgörən siyasətlə bağlı olduğunu bildirib. O, əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.
Belə ki, ötən ilin 17 dekabr tarixində Avropa üçün tarixi əhəmiyyətə malik “Şah Dəniz -2” layihəsi üzrə Yekun İnvestisiya Qərarı imzalanıb. Səfir, bunun Xəzər hövzəsindən – Azərbaycandan Avropaya Cənub Qaz Dəhlizinin açılışı üçün əhəmiyyətli addım olduğunu bildirib. Ümumi dəyəri 45 mlrd. ABŞ dolları olan Cənub Qaz Dəhlizinin keçdiyi ölkələrdə 30 000-dən çox iş yerinin açılacağı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Daha sonra Azərbaycanın fəal iştirakı ilə regionda həyata keçirilən digər iri infrastruktur layihələri barədə xəbər verən səfir, Şərqdən Qərbə və əks istiqamətdə uzanan nəqliyyat məsafəsini əhəmiyyətli dərəcədə qısaldacaq Bakı-Tbilisi-Qars dəmiryolu xətti barədə danışıb .
Ötən əsrin 80-ci illərinin sonlarından ölkəmizdə müstəqillik uğurunda mübarizənin gücləndiyini və bu müstəqilliyin heç də asan əldə edilmədiyini bildirən səfir E.Süleymanov müstəqilliyin ilk illərindən Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, ölkəmizin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən hələ də işğal altında saxlandığını, 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün olduğunu söyləyib.
Qeyd edək ki, Qlobal Məsələlər Şurası (World Affairs Council) 1947-ci ildə Şimali Kaliforniyada yaradılmış aparıcı araşdırma mərkəzlərindəndir. İndiyədək mərkəzin əsas qonaqları sırasında bir sıra ölkələrin dövlət və hökumət başçıları olublar. Təşkilat San Fransisko şəhərində yerləşir.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info