Vüqar Əliyev: “Dövlət siyasətinin prioritetlərindən biri də informasiyanın azad dövriyyəsinin təmin edilməsidir”
Tarix: 04.02.2014 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


“Qarşıda duran vəzifələrdən biri də onlayn informasiya təhlükəsizliyini təmin etməkdir. Qloballaşan dünyada internet mediasının rolu artır”. “Palitra”nın məlumatına görə, bu fikirləri Azərbaycan İnternet Forumu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "İnternet-medianın informasiya təhlükəsizliyi" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev deyib.
Vüqar Əliyev bildirib ki, ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 70 faizini keçib.
Onun sözlərinə görə, internet informasiya sektorunun sürətlə inkişaf edən sahəsidir: "Dövlət siyasətinin prioritetlərindən biri də məhz informasiyanın azad dövriyyəsinin təmin edilməsi, bu prosesin əsas instrumenti kimi KİV-in sərbəst fəaliyyətinə zəruri şəraitin yaradılmasıdır".
Sektor müdiri qeyd edib ki, son illər genişzolaqlı sürətli internet istifadəçilərinin sayı 50 faizə yaxınlaşıb.
O bildirib ki, bu gün Azərbaycanda siyasi, iqtisadi, sosial, mədəni və digər sahələri əhatə edən 300-ə yaxın aktiv portal, xəbər saytı və internet informasiya resursu fəaliyyət göstərir: "Qarşıda duran vəzifələrdən biri bütövlükdə dövlətin informasiya təhlükəsizliyinin, eləcə də milli internet məkanının, onlayn medianın təhlükəsizliyinin təmin edilməsidir".
V.Əliyev vurğulayıb ki, milli internet məkanının, onlayn medianın təhlükəsizliyinin təmin edilməsi bilavasitə dövlətin informasiya təhlükəsizliyinin tərkib hissəsidir: "Çünki hazırda dünya siyasətində aparıcı yer tutan dövlətlər deyil, inkişaf etməkdə olan ölkələr də daxili və xarici siyasətlərinin öncül istiqamətlərini toplanmış və təhlil edilmiş informasiya əsasında müəyyənləşdirirlər".
Onun sözlərinə görə, həqiqi məlumatların vaxtında verilməsi daxili və xarici siyasət məsələləri ilə bağlı operativ qərarların qəbuluna təsir göstərir: "Belə olduqda milli KİV-lərin, onlayn medianın təhlükəsiz şəraitdə funksionallığının təmin edilməsi dövlət üçün böyük əhəmiyyət kəsb edir, onun təhlükəsizliyinin vacib elementi qismində çıxış edir. İnformasiya təhlükəsizliyi yalnız dövlətin üzərinə düşən vəzifə deyil. Biz azad cəmiyyətdə yaşayırıq, heç kim medianın informasiya yaymaq hüququnu məhdudlaşdıra bilməz. Lakin bu, heç də medianın məsuliyyətdən kənarda qalması kimi anlaşılmamalıdır. Dövlət media üçün təhlükəsiz şərait yaratdığı kimi, media da dövlətin təhlükəsizliyi, ümummilli məsələləri daim diqqətdə saxlamalıdır. Bəzən hansısa yoxlanılmamış, qərəzli, yaxud sifariş xarakterli informasiyalar ölkədə gedən proseslərin, konkret hadisələrin mahiyyətini təhrif edir, ictimaiyyəti çaşdırmağa xidmət göstərir. Bəzi hallarda isə bu, dövlətlərarası münasibətlərə mənfi təsir edir, əlaqələrə zərbə vurur. Bu məsələ Azərbaycan kimi müharibə şəraitində yaşayan, ərazisi işğal olunan ölkələr üçün daha çox aktualdır. Deməli, həm dövlətin informasiya təhlükəsizliyi, həm də onlayn medianın təhlükəsiz mühitdə fəaliyyəti dövlət və medianın, bütövlükdə isə bütün cəmiyyətin birgə səyi nəticəsində əmələ gələn məsələdir".
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info