Babək rayonu hesabat verdi
Tarix: 04.02.2014 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Babək Rayon İcra Hakimiyyətində 2013-cü ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev açaraq ötən ilin yekunları və qarşıda duran vəzifələr haqda məruzə edib.
Qeyd olunub ki, “Heydər Əliyev ili” olan 2013-cü ildə Babək rayonunda tikinti-quruculuq işləri geniş vüsət alıb, iqtisadi göstəricilər yüksəlib. Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 5 mart tarixli Sərəncamına əsasən, 13 yaşayış məntəqəsini əhatə edən 25,6 kilometr uzunluğunda Hacıvar-Vayxır-Sirab avtomobil yolunun çəkilişi başa çatdırılıb. Babək qəsəbəsində rayon Mərkəzi Xəstəxanası, Uşaq-Gənclər Şahmat Məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, rayon qeydiyyat şöbəsi və notariat kontoru üçün binalar tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Bundan başqa, 1941-1945-ci illər müharibəsi qurbanlarının və torpaqlarımızı Ermənistanın təcavüzündən qoruyarkən həlak olmuş şəhidlərin xatirəsinə abidə ucaldılıb. Qəsəbənin avtomobil yolları yenidən qurulub, 6,4 kilometr uzunluğunda yola asfalt örtük salınıb, işıqlandırma dirəkləri yenilənib. Şəkərabad kəndində kənd mərkəzi tikilib, kənddəki tam orta məktəb əsaslı təmir edilib. Qoşadizə kəndində Babək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yeni inzibati bina və texniki park tikilib istifadəyə verilib. Çeşməbasar kəndində kənd mərkəzi, həkim ambulatoriyası, habelə 234 şagird yerlik tam orta məktəb üçün binalar tikilib, yaxud yenidən qurulub. Tikinti-quruculuq işləri rayonun digər kəndlərində də yüksək keyfiyyətlə həyata keçirilib.
Sonra rayon maliyyə şöbəsinin müdiri, qaz istismarı idarəsinin rəisi, elektrik şəbəkəsinin direktoru və başqaları çıxış edərək 2013-cü il ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Sonda işdə yol verilmiş nöqsanlar və onların aradan qaldırılması yolları ətraflı müzakirə olunub.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info