Dünya ölkələrinin hərbi xərclərə görə reytinqi açıqlanıb
Tarix: 04.02.2014 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Dünya ölkələrinin hərbi xərclərə görə reytinq cədvəli hazırlanıb.
“IHS Jane’s Annual Defence Budgets Review” tərəfindən tərtib olunan reytinqin ilk üçlüyündə ABŞ, Çin və Rusiya qərarlaşıb.
2013-cü il üçün hərbi xərclərə ayrılan vəsaitə görə dünya ölkələrinin reytinq cədvəlində ilk yeri ABŞ tutur. Birləşmiş Ştatların hərbi büdcəsi 585,4 mlrd. dollar olub. İkinci yerdə 139,2 mlrd. dollarla Çin, üçüncü yerdə 68,8 mlrd. dollarla Rusiya, dördüncü yerdə 58,8 mlrd. dollarla Böyük Britaniya, beşinci yerdə 56,8 mlrd. dollarla Yaponiya, altıncı yerdə 53 mlrd. dollarla Fransa gəlir.
Sonrakı yerləri Hindistan (46,1 mlrd. dollar), Almaniya (44,6 mlrd. dollar), Səudiyyə Ərəbistanı (42,8 mlrd. dollar), Cənubi Koreya (31,5 mlrd. dollar), Braziliya (29,5 mlrd. dollar), Avstraliya (29,5 mlrd. dollar), İtaliya (27,7 mlrd. dollar) Türkiyə (20,6 mlrd. dollar), Kanada (19,6 mlrd. dollar), Tayvan (14,8 mlrd. dollar), İspaniya (13,1 mlrd. dollar), Kolumbiya (13,1 mlrd. dollar), İsrail (12,09 mlrd. dollar) və Əlcəzair (10,7 mlrd. dollar) tutur.
Rusiyanın hərbi büdcəsi 2013-cü il üçün 68,8 mlrd. ABŞ dolları təşkil edib. “IHS Jane’s Aerospace, Defence & Security”nin analitiki Kreyq Kafri Rusiya Dövlət Duması tərəfindən qəbul olunan plana əsasən 2013-cü ilin hərbi büdcəsinin 69 mlrd. dollar olduğunu, 2016-cı ilə qədər isə hərbi büdcənin 98 mlrd. dollara çatdırılacağını bildirib: “Bu plan Rusiyanı dünya sıralamasında üçüncü pilləyə qaldırıb. 2013-cü il üçün Rusiyanın hərbi büdcəsi ümumi büdcənin 15,7%-ni təşkil edib. 2016-cı ilə qədər bu göstərici 20,6% olacaq. 2015-ci ilə qədər Rusiya ilə Çinin ümumilikdə hərbi xərcləri Avropa Birliyinin 28 ölkəsinin xərclərindən çox olacaq”.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info