Cianpolo Kutillio: “Azərbaycan İtaliya biznesi üçün həmişə təhlükəsiz yerdir”
Tarix: 04.02.2014 | Saat: 22:26:00 | E-mail | Çapa göndər


Bakıda İtaliya və Azərbaycan şirkətləri arasında ikitərəfli görüş keçirilib. Tədbirdə İtaliya iqtisadiyyatının müxtəlif sektorlarına aid 13 şirkəti iştirak edib. Tədbirin açılışında İtaliyanın ölkəmizdəki səfiri Cianpolo Kutillio vurğulayıb ki, belə təşəbbüslər iki ölkə arasında mövcud olan iqtisadi, mədəni və digər münasibətlərin inkişafına kömək edir:
“Biz istəyirik ki, İtaliya və Azərbaycan şirkətləri əməkdaşlıq qursunlar və gələcəkdə bu əlaqələri dərinləşdirsinlər. Bu görüş çox vacibdir, biz çalışdıq ki, mümkün qədər çox İtaliya şirkətləri burda toplaşsın. Çünki İtaliya öz sənaye keyfiyyətinə görə tanınır. Ötən il İtaliyadan Azərbaycana ixrac 500 min avroya bərabər olub və bu, çox böyük bir göstəricidir. Bu gün biz mebel, ev və interyer üçün olan mallardan danışacağıq. Bizim bu sahədə təkliflərimiz genişdir və Azərbaycan hazırda bu sahədə imkanlarını genişləndirmək istəyir. Eləcə də Azərbaycanda əhalinin orta təbəqəsi artır və belə növ mallara tələbatlar artır”. Səfir Cianpollo Kutilio deyib ki, Azərbaycan İtaliya biznesinin inkişafı üçün təhlükəsiz yerdir və həmişə də belə olacaq. Diplomat Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll etmək istəyinə sadiq qaldığına inandığını qeyd edib: “Beynəlxalq ictimaiyyət münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Bura ATƏT-in Minsk qrupunun və Avropa Birliyinin, habelə İtaliyanın səyləri daxildir. İtaliya bu problemin sülh yolu ilə həlli üçün həmişə öz yardımını təklif etməyə hazırdır”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info