Fənər Rum Patriarxı Varfolomey: “Azərbaycan dinlərarası dialoq və tolerantlıq baxımından örnək ölkələrdəndir”
Tarix: 04.02.2014 | Saat: 22:32:00 | E-mail | Çapa göndər


Türkiyədə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə İstanbuldakı Fənər Rum Patriarxiyasında Patriarx Varfolomey ilə görüşüb.
Fənər Rum Patriarxı Varfolomey görüş təklifini qəbul etdiyinə görə A.Paşazadəyə minnətdarlıq edib. Qloballaşan dünyada dinlərarası dialoqun və tolerantlığın önəminə diqqəti cəlb edən Varfolomey bu sahədə Azərbaycanın örnək ölkələrdən biri olduğunu vurğulayıb: “Mərhum Heydər Əliyevlə görüşlərimiz mənim üçün unudulmazdır. Bakıda olarkən kameraların önündə mərhum Əliyevin mənə “Siz çox xoş adamsınız” deməsini heç vaxt unutmaram. Prezident İlham Əliyevin bizim baş nazirimizlə yaxın dostluq əlaqələri var. Dünyanın sıxıntılı dönəmində biz daha çox bir araya gəlməli və problemləri həll etmək üçün daha mötəbər dialoq platformaları yaratmalıyıq”. Görüşdə çıxış edən A.Paşazadə Azərbaycanda dini azadlığın və tolerantlığın əsasının mərhum Prezident Heydər Əliyev tərəfindən qoyulduğunu və din-dövlət münasibətləri sahəsindəki bu düzgün siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb: “Dünya elmi cəhətdən çox daraldı, ona görə də hazırkı mərhələdə din adamları arasında daha çox əməkdaşlığa ehtiyac var. Dövlətimizin qayğısı nəticəsində bizdə dini azadlıqlar sahəsində heç bir problem yoxdur. Bəlkə də müsəlman ölkələrində mən yeganə din adamıyam ki, kilsəyə gedirəm, kilsələrimizin problemlərinin həlli üçün onlara maddi dəstək verirəm. İslam dini liderlərinin bəziləri din adından istifadə edərək öz məqsədlərinə çatmağa çalışırlar. Mən Patriarx həzrətlərindən xahiş edirəm ki, bu cür hallara da qarşı mübarizə aparsın”.
Fənər Rum Partiarxı Varfolomey deyib ki, Türkiyədəki dini azlıqların təmsilçiləri büdcədən dəstək almaq üçün Dini İşlər İdarəsinə müraciət ediblər. O, belə bir təklifin Ombudsmanlıq tərəfindən Fənər Rum Patriarxiyasına da gəldiyini, təklifi idarə heyətində müzakirə etdikdən sonra qərar qəbul edəcəklərini deyib.
Qeyd edək ki, A.Paşazadənin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfərinin məqsədi Mərmərə Qrupu Vəqfinin təşkilatçılığı ilə keçiriləcək 17-ci Avrasiya İqtisadi Zirvəsində iştirak etməkdir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info