Rasmussen: «Əfqanıstan prezidenti odla oynayır»
Tarix: 04.02.2014 | Saat: 22:37:00 | E-mail | Çapa göndər


NATO baş katibi Anders Foq Rasmussen bildirib ki, Əfqanıstan prezidenti Həmid Kərzainin ABŞ-la saziş imzalamaması ölkəni yardımdan məhrum edə bilər. Britaniya mətbuatına müsahibə verən alyans rəhbəri Əfqanıstan prezidentinin bu yaxınlarda NATO-nun ünvanına səsləndirdiyi fikirlərə də münasibət bildirib:
“Əfqanıstanın gələcəyi üçün qan tökmüş, qurbanlar vermiş ölkələr bunun müqabilində ondan heç olmasa, adicə təşəkkür gözləyirdilər”. Hilmenddə baş verən qarşıdurmadan bəhs edən Həmid Kərzai etiraf edib ki, ingilis əsgərləri vilayətə gələnə qədər vilayət öz təhlükəsizliyini təmin edə bilirdi. Rasmussen xatırladıb ki, Əfqanıstanın ABŞ-la müqavilə imzalamaqdan imtinası ölkəni beynəlxalq maliyyə təşkilatlarının yardımından da məhrum edə bilər. O, bu ilin aprel ayında Əfqanıstanda keçiriləcək prezident seçkilərinə işarə vuraraq ümidvar olduğunu bildirib ki, yeni prezident daha “konstruktiv” olacaq. Əfqanıstan hökuməti Birləşmiş Ştatları ötən ilin dekabrında hakimiyyəti məcbur güzəştlərə getməyə vadar etmək üçün əfqan təhlükəsizlik qüvvələrinə çatdırılmalı olan yanacaq və avadanlıqları gecikdirməkdə ittiham edirdi. Vaşinqton Kərzainin yaxın vaxtlarda sənədə imza atmayacağı təqdirdə, qoşunlarını 2014-cü ildən sonra ölkədən tam şəkildə çıxaracağı ilə təhdid edirdi. Lakin sonradan Vaşinqton və Kabul terrorizmə qarşı mübarizədə əfqan təhlükəsizlik qüvvələrinə yardım etmək üçün ABŞ qoşunlarının "məhdud kontingentinin” Əfqanıstanda saxlanılması barədə razılığa gəliblər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info